Rəfah şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın daha iki komandiri öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, PUA zərbəsi nəticəsində HƏMAS-ın Rəfah bölgəsində yüksək səviyyəli komandiri Əhməd Əliakubi öldürülüb. Zərbə zamanı HƏMAS komandiri İman Rantisi də həlak olub.