Qəzza zolağında təxminən 17 min fələstinli uşaq valideynlərindən birini və ya hər ikisini itirib.
Sozcu.az xəbər verir ki, Qəzzada hökumətin Media İdarəsinin baş direktoru İsmayıl əs-Savabite Qəzzanın mərkəzindəki Şuheda əl-Əqsa xəstəxanasında mətbuat konfransı keçirib.
Mətbuat konfransında danışan Sevabite, "Soyqırım müharibəsinin başladığı gündən bu yana Qəzza zolağında 17 minə yaxın fələstinli uşaq ailəsiz yaşayır. Bu uşaqların ailələrindən bəziləri şəhid olub və ya həbs edilib, bəziləri isə valideynlərini itirib”, deyə əlavə edib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında 12 min 150 uşaq, 8 min 300 qadın, 340 tibb işçisi, 46 mülki müdafiə işçisi və 123 jurnalist öldürülüb.
Yaşamaq uğrunda mübarizə aparan insanlar yemək, su və dərman tapa bilmirlər.