Hərbi helikopter qəzaya uğradı: ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Əlcəzair Prezident Admistrasiyası məlumat yayıb.

“Planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi helikopteri Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı 3 ekipaj üzvü həlak olub”, - məlumatda qeyd edilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Share on Facebook