Ukrayna 21 min vaqnerçini məhv edib - Zelenski

Ukrayna hərbçiləri şərqdə gedən döyüşlər zamanı vaqnerçilərə böyük itkilər veriblər. Qoşunlar 21 minə yaxın muzdlunu məhv edib. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Vaqner"in rus ordusu qədər terrorçu olması fenomeni bəzi şeyləri anlamaq üçün çox vacibdir. Onların ən güclü qrupu Ukraynanın şərqindəydi və hücumlar üçün məhbuslardan istifadə edirdi. Onlar çox güclüydülər, çünki hücum etməkdən başqa çarələri yox idi”, - Zelenski bildirib.

Ukrayna Luqanskda bəzi yaşayış məntəqələrini Rusiya işğalından azad edib

Ukrayna Milli Qvardiyası Luqansk vilayətində bəzi yaşayış məntəqələrini Rusiyanın işğalından azad edib. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, 18 saatdan çox davam edən döyüşlərin nəticəsində Ukrayna ordusu yeni ərazilərdə möhkəmləmib. Xatırladaq ki, iyunun 25-də Ukraynanın Britaniya istehsallı “Storm Shadow” raketləri ilə Luqanska zərbələr endirib. Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Buradakı separatçı rejim Donbas müharibəsinin nəticəsində yaranıb.

Ukrayna bu istiqamətdə geniş hücuma başladı

Baxmut istiqamətində ukraynalı müdafiəçilər strateji təşəbbüsü ələ keçirərək geniş hücuma başlayır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib. Kovalevin sözlərinə görə, hücum əməliyyatı Baxmut, Melitopol və Berdyansk istiqamətlərində davam edir: “Rus işğalçı qoşunları şiddətli müqavimət göstərirlər. Eyni zamanda, düşmən canlı qüvvə və texnikada xeyli itki verir”.

Rusiya uduzur, artıq heç kim şübhə etmir - Zelenski

Rusiya uduzur. Ukraynanın özünü və müttəfiqlərini müdafiə etmək gücündə olduğuna heç kim şübhə etmir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “NATO-nun son illərdə əsas zəif tərəfi o idi ki, dünya alyansın şərq cinahını müdafiə edib-etməyəcəyinə şübhə ilə yanaşırdı. Amma Ukraynanın üzvlüyü bunu aradan qaldırır. Ukraynanın qələbəsindən sonra müttəfiqlər bizim döyüş briqadalarımızın ərazilərində yerləşdirilməsini istəyəcəklər, çünki Ukrayna güc ölkəsidir və bunu hamı görür”, - Zelenski bildirib.

Əsas əks-hücum hələ qarşıdadır - Reznikov

Ukrayna Silahlı Qüvvələrinin əsas əks-hücumu hələ qarşıdadır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, Ukrayna hələ əsas ehtiyat qüvvələrini hərəkətə gətirməyib: “Qərbdə hazırlıq görmüş, NATO-nun müasir tank və zirehli texnikaları ilə silahlandırılmış briqadaların əksəriyyəti döyüşə girməyib və lazımi vaxtı gözləyir”. Reznikov bildirib ki, son həftələrdə bir sıra yaşayış məntəqələrinin azad edilməsi planlaşdırılanların yalnız bir hissəsidir: “Qoşunlara zərər verməmək üçün bəzi uğurlar hələ bildirilmir”.

Ukrayna briqadası rusların müdafiə xəttini yardı

Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadası Baxmut yaxınlığında rusların aylarla hazırladıqları müdafiə xəttini yararaq, rus batalyonu darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə sözügedən briqadanın Feysbuk hesabında məlumat yayılıb. “Bu mühüm uğurdur, çünki əsgərlərimiz düşmənin aylarla hazırladığı müdafiəni yarıb”, - məlumatda qeyd olunub.

Rusiyanın itkiləri 226 mini ötdü

Ukrayna müharibənin 489-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 226 170 hərbçi, 4036 ədəd tank, 7834 ədəd zirehli döyüş maşını, 4083 ədəd artilleriya sistemi, 626 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 386 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6772 ədəd avtomobil texnikası, 3492 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 563 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu 130 kvadrat kilometr ərazini azad etdi

Ukrayna ordusu ölkənin cənubunda 130 kvadrat kilometr ərazini işğaldan azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. Nazir müavini ordunun ölkənin şərqində də irəliləməyə davam etdiyini bildirib.

Ukrayna Luqanskı Britaniya raketləri ilə vurdu

Ukraynanın işğal altındakı Luqansk vilayəti Böyük Britaniya istehsallı “Storm Shadow” raketləri ilə vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Ukrayna Donetskdə əks-hücumlara başladı

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində əks-hücum əməliyyatına başlayıb. Sozcu.az TASS-a istinadən xəbər verir ki, Ukrayna ordusu vilayətin Qorlovka şəhərinə raket hücumları həyata keçiriblər. Qeyd olunub ki, əraziyə 15 raketlə zərbələr endirilib. Məlumatda raket hücumlarının nəticəsi barədə hələ ki, yeni informasiyanın olmadığı bildirilib. Qeyd edək ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.

“Vaqner”in məhv etdiyi rus texnikasının sayı açıqlandı

“Vaqner” özəl hərbi şirkətinin başlatdığı hərbi qiyam nəticəsində Rusiya ordusunun itirdiyi texnikaların sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, “Oryx” şirkətinin məlumatına görə, silahlı qarşıdurma nəticəsinə Rusiya ordusu İl-22 təyyarəsi, radioelektron mübarizə üçün nəzərdə tutulmuş iki helikopter, bir ədəd Mi-35 helikopteri, “Tiqr” döyüş maşını və hərbi “Kamaz” itirib. “Vaqner”in isə yalnız UAZ markalı avtomobili vurulub.

Rusiya Ukraynaya nüvə hücumu etsə, bu, NATO-ya hücum kimi qiymətləndiriləcək

Respublikaçı senator Lindsi Qrem və demokrat Riçard Blumental Konqresin yuxarı palatasına Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin NATO-ya hücum kimi qiymətləndirilməsi ilə bağlı qətnamə təqdim ediblər.  Sozcu.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" məlumat yayıb. Onlar qeyd edirlər ki, onları qətnaməni təqdim etməyə Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini elan etməsi səbəb olub. Senatorlar qeyd edirlər ki, bu, SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Rusiya öz nüvə silahlarını öz sərhədlərindən kənara çıxarır və və bu, Ukraynada davam edən müharibə fonunda qlobal təhlükəsizliyə ciddi təhdiddir. Mətndən o da aydın olur ki, ikinci səbəb Rusiya Federasiyasının işğalçı qüvvələrinin nəzarətində olan Zaporojye AES-də gözlənilməz vəziyyətin yaranmasıdır. Qrem və Blumental təklif edirlər ki, Rusiya Federasiyası, Belarus "yaxud onların marionetləri” tərəfindən hər hansı taktiki nüvə silahından istifadə və ya radioaktiv elementlərin NATO-ya üzv ölkələrin ərazisinə daxil olmasına gətirib çıxaracaq və əhəmiyyətli zərərə səbəb olacaq nüvə obyektinin məhv edilməsi Alyansa hücum hesab edilsin və 5-ci maddəyə istinad etmək üçün səbəb kimi qəbul edilsin.  "Rusiyanın nüvə silahından istifadə etməsi təhlükəsi realdır. Bu təhlükəni cilovlamağın ən yaxşı yolu Putinin Rusiyasına nüvə silahından istifadə etsələr, nə baş verəcəyini aydınlaşdırmaqdır. Bizim mesajımız Putinin ətrafınadır. Əgər əmr verilərsə, bunu etsəniz və bu əmrlərə tabe olsanız, siz NATO-nun ciddi reaksiyasını gözləməli olacaqsınız. Siz NATO ilə müharibə vəziyyətində olacaqsınız”, - Qrem deyib. "Bu qətnamənin məqsədi Vladimir Putinə və onun hərbçilərinə taktiki nüvə silahından istifadə etsələr, yaxud atom elektrik stansiyalarını yaxınlıqdakı NATO üzvlərinə təhlükə yaradacaq şəkildə məhv edərlərsə, məhv ediləcəkləri barədə siqnal verməkdir. Putinin qoşunları, taktiki nüvə silahlarından istifadə edəcək qədər məsuliyyətsiz və irrasional olsalar, NATO qüvvələri tərəfindən tamamilə məhv edilmə riski ilə üzləşirlər”, - senator Blumental bildirib. Senatorlar təklif edirlər ki, Bayden administrasiyası digər müttəfiq ölkələrin liderləri və avropalı tərəfdaşlarla müvafiq məsləhətləşmələr aparsın və mülki şəxslər üçün təhlükəni minimuma endirmək üçün hərəkətləri nəzərdən keçirsin və "vəziyyətə mütənasib" diplomatik və hərbi cavab hazırlasın.