Ukraynada daha bir rus general öldürüldü

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Olaq Tsokovu zərərsizləşdirib.  Sozcu.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko bildirib.  Məlumata görə, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də ölüb. Onların arasında ordu generalı Oleq Tsokov da var.  Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyov bildirib ki, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar. 

Pentaqon: “Vaqner” savaşda iştirak etmir

“Vaqner” hərbi şirkətinin bölmələri Ukrayna ərazisində fəaliyyətini dayandırıb. Sozcu.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib. “İndiki mərhələdə biz “Vaqner” qüvvələrinin Ukraynadakı döyüş əməliyyatlarında iştirakını görmürük”, – o bildirib.

İran 18 min əfqanı deport etdi

İran hakimiyyəti 18 minə qədər qaçqını Əfqanıstana deportasiya edib. Sozcu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. “Son 10 gün ərzində İranın müxtəlif bölgələrində sərhədçilər və polis əməkdaşları tərəfindən müəyyən edilən 17 926 əfqan deportasiya edilib. Qaçqınları Doğarun keçid məntəqəsi ilə çıxarıblar”, - məlumatda deyilir. Qeyd edək ki, ötən gün İranın Sistan və Bəlucistan əyalətinin Minab bölgəsində onlarla Əfqanıstan vətəndaşı həbs edilmişdi.

Uolles Gerasimov və Şoyqunu onlarla müqayisə etdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunu Amerika məşhur komediya cütlüyü Laurel və Hardi ilə müqayisə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. “Rusiyanın Ukraynadakı Birləşmiş Qüvvələr Qrupu komandirinin müavini, “ən yaxşı generallardan biri” Surovikin indi yoxa çıxıb. O, nazirlikdən məsul olan Laurel və Hardini tərk edib (Gerasimov və Şoyqu nəzərdə tutulur - red.)”, - Uolles bildirib. Qeyd edək ki, Laurel və Hardi XX əsrin birinci rübündə qısametrajlı filmləri ilə məşhurlaşan Amerika komediya ustalarıdır.

Aİ: "Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırıq”

“Biz Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırıq”. Bunu Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel tviterdə yazıb. O bildirib ki, Aİ Ukraynanın Sülh Formulunu dəstəkləyir. Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, sülh yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxması şərti ilə mümkündür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Rusiyanın itkiləri 236 minə yaxınlaşır

Ukrayna müharibənin 504-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 235 530 hərbçi, 4090 ədəd tank, 7990 ədəd zirehli döyüş maşını, 4402 ədəd artilleriya sistemi, 674 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 415 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 6978 ədəd avtomobil texnikası, 3726 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 647 xüsusi avadanlıq itirib.

Sabah Vilnüsdə Zelenski-Bayden görüşü keçiriləcək

Sabah, iyulun 12-də Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında görüş olacaq. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər NATO-nun sammiti çərçivəsində bir araya gələcəklər. V.Zelenski və C.Bayden Ukraynadakı müharibəni müzakirə edəcəklər. Ağ Evdən isə bildirilib ki, NATO-nun sammiti çərçivəsində Ukraynanın Alyansa üzvlüyü ilə bağlı "yol xəritəsi” müəyyənləşəcək.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 503-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 235 020 hərbçi, 4089 ədəd tank, 7983 ədəd zirehli döyüş maşını, 4385 ədəd artilleriya sistemi, 672 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 414 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 6966 ədəd avtomobil texnikası, 3693 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 640 xüsusi avadanlıq itirib.

Ukrayna bu ərazidə əsas yüksəkliklərə nəzarəti təmin etdi

Ukrayna Silahlı Qüvvələri Baxmut ətrafındakı əsas yüksəkliklərə nəzarəti təmin edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqramda yazıb. O bildirib ki, Ukrayna ordusu Baxmutda uğurla irəliləyir.

Ukrayna SQ-nin baş komandanı: “Bir aydan sonra Krımda olacağıq”

“Bir aydan sonra Krımda olacağıq”. Bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) baş komandanı general Valeri Zalujnı Britaniyanın “The Times” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, qarşı tərəfin keçilməz müdafiə mövqelərinə malik olması cəfəngiyyatdır: “Biz artıq o mövqeləri keçmişik. Ukrayna ordusunun piyadaları və zirehli texnikaları irəliləyir”. Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz şəkildə ilhaq edilib.

Bayden müharibəni beş dəqiqəyə bitirə bilər – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə yardımı davam etdirməyi lazım bilməyən amerikalılara müraciət edib. Sozcu.az xəbər verir ki, o, bu barədə ABC Nyus telekanalına müsahibəsində qeyd edib. “Əgər müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni ərazilərimizdən imtina etməyimizdən danışırıqsa, düşünürəm ki, Bayden bu şəkildə müharibəni beş dəqiqəyə də bitirə bilər”, - o bildirib. Onun sözlərinə görə, Kiyev buna razı olmazdı.

Saakaşvili həbsxanadan məktub yazdı: "Putin mənim məhvimlə məşğuldur" - FOTO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ukraynalı jurnalist Yekaterina Solyara məktub yazaraq Rusiya prezidenti Vladimir Putini onu məhv etmək cəhdində ittiham edib. Sozcu.az xəbər verir ki, məktub 6 iyul 2023-cü il tarixində yazılıb. “Xeyirxahlığınıza və dəstəyinizə görə təşəkkür edirəm. Mən həmişə sənə baxıram və sən mənə enerji verirsən. Mən Putinin şəxsi məhbusuyam və o mənim məhvimlə şəxsən məşğuldur”, – deyə Saakaşvili qeyd edib.