ABŞ Ukraynada həlak olan əsgərlərin sayını açıqladı

Ukraynadakı müharibə zamanı 100 mindən çox ukraynalı hərbçi həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti ABŞ rəsmilərinin bəyanatlarına istinadən məlumat yayıb. “Müharibədə il ərzində ən təcrübəli əsgərlər də daxil olmaqla, 100 mindən çox ukraynalı əsgər həlak olub”, – məlumatda deyilir. Qeyd olunur ki, bu itkilərin əksəriyyəti Artyomovskda baş verib.

Rusiyaya məxsus PUA məhv edildi

Martın 15-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın ZALA pilotsuz uçuş aparatını (PUA) vurub. Sozcu.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb. PUA Ukrayna ordusunun 58-ci briqadası tərəfindən məhv edilib. Qeyd olunur ki, bu model havadan kəşfiyyat və müşahidə üçün nəzərdə tutulub. Kamera və termal görüntü sistemi ilə təchiz edilən sistem 4 saat uça bilir. PUA-nın çəkisi 7,5 kq, qanadlarının uzunluğu 2,8 metrdir.

Ermənistanda hərbi maşın qəzaya uğradı: yaralılar var

Ermənistanın Sünik (Zəngəzur) vilayətində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, hadisə zamanı 4 hərbçi yaralanıb. Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib.

Türkiyədə güclü sel: ölənlərin sayı artdı

14:18 Türkiyənin Adıyaman və Şanlıurfa ərazilərində daşqınlar baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Məlumata görə, daşqın nəticəsində 5 nəfər ölüb, 5 nəfər isə itkin düşüb. Əkin sahələri, evlər və iş yerləri su altında qalıb. Məktəblərdə dərslər dayandırılıb. *** Adıyaman və Şanlıurfada baş verən daşqınlar zamanı ölənlərin sayı 10 nəfərə yüksəlib. Məlumatı Türkiyə mediası yayıb.

AB Mişa üçün təyyarə, heyət hazırladı

Mixail Saakaşvilinin durumundan xəbərdarıq, artıq rəsmi sənədlərdə və Avropa Parlamentinin qətnamələrində bir sıra bəyanatlar vermişik. Ümid edirik ki, AB və üzv dövlətlər onun azad edilməsi prosesini sürətləndirmək üçün dərhal addımlar atacaq. Sozcu.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Anna Fotıqa deyib. Onun fikrincə, Mixail Saakaşvili ilə bağlı vəziyyətdə zaman həlledici əhəmiyyət kəsb edir: “Yüksək səviyyəli hərbi tibb ekspertlərindən ibarət qrup hazırdır; nəqliyyat məsələləri də həll edilib, xüsusi təyyarə də hazırdır, lakin hələlik Gürcüstan tərəfdən sükut hökm sürür. AB qurumlarından dəstək var. Beləliklə, hər şeyi Polşa və AB hazırlayır. Bu işdə vaxt çox vacibdir və Saakaşvili lazımi müalicə üçün dərhal istənilən Avropa və ya Avroatlantik ölkəyə köçürülməlidir. Onun həyatı təhlükədədir”.

Rusiyanın itkiləri 160 mini keçdi

Ukrayna müharibənin 384-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 160 540 hərbçi, 3484 ədəd tank, 6789 ədəd zirehli döyüş maşını, 2519 ədəd artilleriya sistemi, 495 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 260 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5367 ədəd avtomobil texnikası, 2 120 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 256 xüsusi avadanlıq itirib.

"Ukraynanın AB və NATO-ya üzvlüyü uzunmüddətli sülh və sabitliyin təminatı olacaq”

Ukraynanın AB və NATO-ya üzvlüyü xeyriyyə kimi qəbul edilməməlidir. Çünki bu, Avropanın öz maraqlarına da cavab verir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. “Ukraynanın bu təşkilatlara qəbulu Avropa ictimaiyyətinin özü üçün də praqmatik maraq kəsb edir. Ukraynanın AB və NATO-ya üzvlüyü uzunmüddətli sülh və sabitliyin təminatı olacaq”, - o bildirib.

İran Türkiyədən oğurladığı şəxsə edam hökmü verdi

İsveç hökuməti İran Ali Məhkəməsinin İsveş-İran vətəndaşı Həbib Əsyud barədə edam hökmünə etiraz edib. Sozcu.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyi açıqlama yayıb. İsveçin xarici işlər naziri Tobias Billström İran məhkəməsinin qərarına etiraz edib və edam hökmünü pisləyib. Nazir məhkəmədə İsveç səfirliyinin nümayəndələrinin iştirakına icazə verilmədiyini deyib və Tehran rejimindən bu qərarı barədə hesabat tələb etdiklərini vurğulayıb. Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq İrana aparılıb və terror əməliyyatlarını planlaşdırmaqda günahlandırıb.

Gürcüstanın Baş naziri ümid edir ki, ölkəsi ilin sonunadək Aİ üzvlüyünə namizəd olacaq

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ümid edir ki, ölkəsi 2023-cü ilin sonuna kimi Aİ-yə namizəd statusu alacaq. Sozcu.az xəbər verir ki, hökumət başçısı bu barədə "İmedi" televiziyasına müsahibəsində bildirib. "Biz gözləyirik ki, əlimizdən gələni etdiyimiz üçün ilin sonuna kimi status alaq. Əgər söhbət layiqli qəbuldan gedirsə. Ölkəmiz namizəd statusuna layiqdir", - Qaribaşvili deyib.

Baxmutda 6 gündə 1100-dən çox rus öldürülüb - Zelenski

Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə martın 6-dan bəri Rusiya ordusunun 1100-dən çox hərbçisi öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı məlumat verib. Onun sözlərinə görə, çoxlu sayda rus hərbçi ağır yaralanıb. Zelenski bildirib ki, Rusiyanın onlarla texnikası və 10-dan çox silah-sursat anbarı məhv edilib. Qeyd edək ki, Baxmut istiqamətində döyüşlər 7 aydan çoxdur davam edir. Rusiya şəhərin bir hissəsini ələ keçirdiyini iddia edib.

“Sky News”: Saakaşvili ölüm ayağındadır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır. APA xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb. Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir. “Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, – deyə Saakaşvili suala cavab verib. Keçmiş prezident ölüm ayağında olduğunu bildirib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib. Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb. Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib. 2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib. Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.

Arayik separatçıları fövqəladə toplantıya çağırdı

Qarabağdakı separatçıların başçısı Arayik Arutunyan qondarma "Təhlükəsizlik Şurası"nın iclasını çağırıb. Bu barədə "Armenpress" məlumat yayıb. Məlumatda bildirilib ki, bu gün Arayik Arutyunyanın rəhbərliyi ilə "Təhlükəsizlik Şurasının" növbədənkənar genişləndirilmiş toplantısı keçirilib. Detallar açıqlanmayıb.