Bakının Ziya Bünyadov prospektində - 20 Yanvar istiqamətində hərəkət tam dayanıb.
Sozcu.az xəbər verir ki, prospektə paralel olaraq yan küçə - Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb.
Belə ki, Ziya Bünyadov prospektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusları avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb.
Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.