Rusiyaya məxsus PUA məhv edildi

Martın 15-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın ZALA pilotsuz uçuş aparatını (PUA) vurub.

Sozcu.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb.

PUA Ukrayna ordusunun 58-ci briqadası tərəfindən məhv edilib.

Qeyd olunur ki, bu model havadan kəşfiyyat və müşahidə üçün nəzərdə tutulub. Kamera və termal görüntü sistemi ilə təchiz edilən sistem 4 saat uça bilir. PUA-nın çəkisi 7,5 kq, qanadlarının uzunluğu 2,8 metrdir.

Share on Facebook