Ukraynanın AB və NATO-ya üzvlüyü xeyriyyə kimi qəbul edilməməlidir. Çünki bu, Avropanın öz maraqlarına da cavab verir.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Ukraynanın bu təşkilatlara qəbulu Avropa ictimaiyyətinin özü üçün də praqmatik maraq kəsb edir. Ukraynanın AB və NATO-ya üzvlüyü uzunmüddətli sülh və sabitliyin təminatı olacaq”, - o bildirib.