Bu ölkədən İsrailə xəbərdarlıq: Fəlakətli nəticələr olacaq...

Əgər İsrail qüvvələri Əqsa məscidinə yenidən basqın etsə, bunun fəlakətli nəticələri olacaq. Sozcu.az xəbər verir ki, bunu İordaniya Xarici İşlər Nazirliyinin rəsmisi Sinan Məcali deyib. “İsrail polisi yenidən dindarlara hücum edərsə, bu, vəziyyəti daha da gərginliyə və zorakılığa sürükləyəcək və bunun əvəzini hər kəs ödəyəcək”, - Məcali bildirib. Onun sözlərinə görə, İsrail hakimiyyəti Qüdsdə və bütün işğal olunmuş Fələstin ərazilərində eskalasiyaya görə məsuliyyət daşıyır.

Bu ölkədə silahlılar 40-dan çox insanı öldürdü

Burkina-Fasonun şimalında silahlılar tərəfindən azı 44 mülki şəxs öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Silahlı qrup Kuraku və Tondobi kəndlərinə hücum edib. Hücuma görə hansı qrupun məsuliyyət daşıdığı barədə məlumat yoxdur.

Rusiyanın canlı qüvvəsi və hərbi texnikası məhv edildi

Ukraynanın raket qüvvələri və artilleriya bölmələri son sutka ərzində Rusiyanın canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi iki bölgəni vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. Qeyd olunub ki, həmçinin, ukraynalı hərbçilər hava hücumundan müdafiə sistemlərinin bir mövqeyini, üç elektron döyüş stansiyasını və düşmənin bir sursat anbarını vurublar. "Müdafiə Qüvvələrinin aviasiyası bir sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin kəşfiyyat PUA-sı da vurulub", - Baş Qərargah vurğulayıb.

409-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 409-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 177 680 hərbçi, 3636 ədəd tank, 7020 ədəd zirehli döyüş maşını, 2727 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5599 ədəd avtomobil texnikası, 2298 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 304 xüsusi avadanlıq itirib.

Ukraynada hava hücumu xəbərdarlığı

Ukraynanın bir sıra regionlarında hava hücumu xəbərdarlığı elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb. Məlumata görə, Sum, Poltava, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Nikolayev, Odessa və Xarkov vilayətlərində hava hücumu təhlükəsi elan olunub.

Litvada dövlət qulluqçuları Rusiya ilə əlaqələrini bəyan edilməyə məcbur edilə bilər

Litva parlamentində dövlət qulluqçuların Rusiya və Belarusla əlaqələrinin bəyan edilməsi təklif edilib. Təklifdə məqsəd həmin şəxsləri Moskva və Minsklə işgüzar əlaqələrdən əl çəkməyə sövq etməkdir. Sozcu.az xəbər verir ki, bunu Litvanın Milli Təhlükəsizlik və Müdafiə üzrə parlament komitəsinin rəhbəri Laurinas Kaeyunas deyib. Deputat öz təşəbbüsünü Ukraynada davam edən müharibə ilə əlaqələndirib, Rusiya və Belarusla iqtisadi əlaqələrin bu ölkələrin iqtisadiyyatına dəstək olub-olmaması sualını qaldırıb. “Rusiyanın Ukraynadakı müharibəsinə görə də məsuliyyət Belarusun üzərinə düşür. Müharibə başlayandan Rusiya Belarus ərazisindən istifadə edir, orada öz ordusunu yerləşdirir”. Əgər Laurinas Kaeyunasun təklifi qəbul olunarsa, o zaman ictimai və şəxsi maraqlarını bəyan edən şəxslər Rusiyada və ya Belarusda onlara aid olan hüquqi şəxslərin fəaliyyəti haqqında məlumatları göstərməli olacaqlar.

Ukraynadan Suriyaya 50 illik sanksiya...

Ukrayna Nazirlər Kabineti 50 il müddətinə anti-Suriya sanksiyalarının tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib. "Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab - ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiq edilməsini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələr bir müddət bağlı qalacaq”, - deyə o bildirib.

"Rusiya Çindən daha çox asılıdır" - Blinken

Şişirtmək istəmirəm, lakin onların müəyyən təsir rıçaqları var. Rusiya Çindən daha çox asılıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib. "Ümid edirik ki, Çin Rusiya üzərindəki səsindən və təsir rıçaqlarından istifadə edəcək", - Blinken vurğulayıb.

Rusiyanın Su-25 təyyarəsi vuruldu

Ukrayna ordusu Donbasda Rusiyaya məxsus Su-25 təyyarəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Məlumata görə, təyyarə Marinka yaxınlığında vurulub.

ABŞ-dan Ukrayna ilə bağlı mühüm açıqlama

ABŞ və tərəfdaşları Rusiya tərəfindən işğal olunmuş ərazilərin Ukraynaya geri qaytarılması üçün hər cür köməklik göstərəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. “Ukraynanın tərəfdaşlarının iki məqsədi var. Onlardan biri Ukraynaya əraziləri geri almağa davam etmək üçün əlimizdən gələni etməkdir. Bura yaxın həftələrdə başlanacaq əks-hücum da daxildir. İkincisi, Ukraynaya orta və uzunmüddətli hərbi əməliyyatların qurulmasında dəstək verilməlidir. Rusiya kursunu dəyişənə qədər biz sanksiyaların və ixrac nəzarətinin görünməmiş təzyiqinin davam etməsini təmin edəcəyik”, - Blinken bildirib.

Kiyevin əks-hücumu - Podolyak 4 komponenti açıqladı

Ukrayna hərbçilərinin əks-hücum əməliyyatına hazırlanmasının dörd komponenti var. İlk növbədə, silahların yığılması davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Kanal 24”-ə müsahibəsində deyib. O bildirib ki, Ukraynanın əks-hücum hazırlığının ikinci komponenti burada iştirak edəcək bölmələrin hazırlanması və tapılmasıdır. Podolyak üçüncü faktoru Baş Qərargahda planlaşdırmanın aparılması ilə əlaqələndirib. Ukrayna rəsminin sözlərinə görə, dördüncü bənd psixoloji və hava faktorları ilə bağlıdır.

Polşa səfərinin nəticələri cəbhədə hiss ediləcək - Zelenski

Polşaya rəsmi səfər məhsuldar keçib və Ukrayna bölmələri bu səfərin nəticələrini hiss edəcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. “Müdafiə məsələsi bütün danışıqlarda bir nömrəli məsələ olub. Müdafiə Ukrayna üçün silah, Ukrayna üçün sursat, Ukrayna üçün yeni müdafiə sistemləridir. Mən Polşaya təşəkkür edirəm, bu səfərin həqiqətən mənalı olmasına görə tərəfdaşlarımıza təşəkkür edirəm”, o deyib. Qeyd edək ki, aprelin 5-də Zelenskinin Varşavaya səfəri zamanı Ukrayna və Polşa arasında bir neçə hərbi müqavilə imzalanıb.