Rusiyanın canlı qüvvəsi və hərbi texnikası məhv edildi

Ukraynanın raket qüvvələri və artilleriya bölmələri son sutka ərzində Rusiyanın canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi iki bölgəni vurub.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Qeyd olunub ki, həmçinin, ukraynalı hərbçilər hava hücumundan müdafiə sistemlərinin bir mövqeyini, üç elektron döyüş stansiyasını və düşmənin bir sursat anbarını vurublar.

"Müdafiə Qüvvələrinin aviasiyası bir sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin kəşfiyyat PUA-sı da vurulub", - Baş Qərargah vurğulayıb.

Share on Facebook