Ukrayna Nazirlər Kabineti 50 il müddətinə anti-Suriya sanksiyalarının tətbiqi proseduruna başlamaq barədə qərar qəbul edib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
"Bu gün hökumət Suriyanın mövqeyinə yekun və sərt, lakin tamamilə adekvat cavab - ölkəyə qarşı 50 il müddətinə sektoral sanksiyaların tətbiq edilməsini təklif etdi. Beləliklə, Suriya ilə iqtisadi əlaqələr bir müddət bağlı qalacaq”, - deyə o bildirib.