Polşaya rəsmi səfər məhsuldar keçib və Ukrayna bölmələri bu səfərin nəticələrini hiss edəcək.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
“Müdafiə məsələsi bütün danışıqlarda bir nömrəli məsələ olub. Müdafiə Ukrayna üçün silah, Ukrayna üçün sursat, Ukrayna üçün yeni müdafiə sistemləridir. Mən Polşaya təşəkkür edirəm, bu səfərin həqiqətən mənalı olmasına görə tərəfdaşlarımıza təşəkkür edirəm”, o deyib.
Qeyd edək ki, aprelin 5-də Zelenskinin Varşavaya səfəri zamanı Ukrayna və Polşa arasında bir neçə hərbi müqavilə imzalanıb.