Litvada dövlət qulluqçuları Rusiya ilə əlaqələrini bəyan edilməyə məcbur edilə bilər

Litva parlamentində dövlət qulluqçuların Rusiya və Belarusla əlaqələrinin bəyan edilməsi təklif edilib. Təklifdə məqsəd həmin şəxsləri Moskva və Minsklə işgüzar əlaqələrdən əl çəkməyə sövq etməkdir.

Sozcu.az xəbər verir ki, bunu Litvanın Milli Təhlükəsizlik və Müdafiə üzrə parlament komitəsinin rəhbəri Laurinas Kaeyunas deyib.

Deputat öz təşəbbüsünü Ukraynada davam edən müharibə ilə əlaqələndirib, Rusiya və Belarusla iqtisadi əlaqələrin bu ölkələrin iqtisadiyyatına dəstək olub-olmaması sualını qaldırıb.

“Rusiyanın Ukraynadakı müharibəsinə görə də məsuliyyət Belarusun üzərinə düşür. Müharibə başlayandan Rusiya Belarus ərazisindən istifadə edir, orada öz ordusunu yerləşdirir”.

Əgər Laurinas Kaeyunasun təklifi qəbul olunarsa, o zaman ictimai və şəxsi maraqlarını bəyan edən şəxslər Rusiyada və ya Belarusda onlara aid olan hüquqi şəxslərin fəaliyyəti haqqında məlumatları göstərməli olacaqlar.

Share on Facebook