Ukraynaya 70 milyardlıq silah göndərilib - NATO

Son bir ildə Qərb müttəfiqləri Ukraynaya 70 milyard dollardan çox həcmdə hərbi yardım göndəriblər. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq CNN-ə müsahibəsində deyib. “Putinin sülhə hazırlaşması ilə bağlı heç bir əlamət yoxdur. O, yeni müharibəyə hazırlaşır”, - deyə alyans rəhbəri bildirib.

ABŞ SEPAH-a görə aviadaşıyıcını Suriya sahilinə gətirdi

Suriyada ABŞ hərbi bazasına hücumdan sonra bu ölkənin sahillərinə “USS Corc H. W. Buş” aviadaşıyıcı gəmisi göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqx deyib. “Biz SEPAH-la əlaqəli qruplaşmaların Suriyada hərbçilərimizə hücumlarının artdığını müşahidə edirik və buna görə də ehtiyat tədbiri olaraq aviadaşıyıcının yerini dəyişdirdik ki, o, bir az yaxın olsun. Lakin o, əvvəlki kimi Avropa komandanlığının sərəncamındadır”, - deyə o bildirib.

"Mən Putinə ömrünün qalan hissəsini zirzəmidə, ayaqyolu yerinə vedrə ilə keçirməyi arzulayıram"

"Bu kəndin sakinləri əzablardan, işgəncələrdən, müsibətlərdən keçib..." Zelenski yüksək vəzifəli almanların yanından Putinə ekstravaqant arzusunu çatdırıb... Ukrayna prezidenti Vladimir Zelenski Çerniqov vilayətinin Yaqodnoye kəndini ziyarət edib. Ötən il rusiyalı hərbçilər orada təxminən 370 yerli sakini, demək olar ki, bir ay müddətində zirzəmidə saxlayıb.  Sozcu.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, Zelenski ilə bərabər Almaniyanın Ukraynadakı səfiri Anka Feldquzen, prezident Ofisinin rəhbəri Andrey Yermak və bu gün Kiyevə səfərə gələn Almaniyanın vitse-kansleri Robert Xabek də ziyarət edib. "Yerli sakinlər, həm böyüklər, həm də uşaqlar burada işgəncələrə məruz qalıb. Mən onlara çox minnətdaram ki, sağ qalıb, döyüşçülərimizi gözləyib. Onlar Rusiyanın, rusiyalı hərbçilərin öz rəhbərlikləri və öz prezidentləri ilə birgə törərdikləri faciəni bütün dünyaya danışıblar", - Zelenski deyib və qeyd edib ki, Yaqodnoye kəndinin sakinləri əzablardan, işgəncələrdən, qeyri-insani münasibətlərdən keçib. "Burada tərəfdaşlarımızın bizimlə birgə olması və bunların hamısını görməsi çox vacibdir. Belə zirzəmilərdə baş verənləri görmək, bunu anlamaq və Ukraynaya yardım etmək üçün çox vacibdir", - Zelenski əlavə edib. O, Rusiya prezidenti Vladimir Putinə bir il öncə işğal zamanı Ukraynanın bu kəndinin sakinlərinin yaşadıqlarını yaşamağı arzu edib. "Bir şeyi əlavə edə bilərəm: bütün bunları Rusiya prezidentinə arzu edirəm- öz həyatının qalan hissəsini zirzəmidə, ayaqyolu əvəzinə vedrə ilə keçirsin", - Zelenski deyib. 2022-ci ilin martın 3-də Rusiya qoşunları Çerniqov vilayətinin Yaqodnoye kəndinə daxil olub. Onlar sakinləri öz evlərindən qovaraq məktəbin zirzəmisinə salıb.  Ümumilikdə, rusiyalı hərbçilər sahəsi 197 kv metr olan zirzəmidə 367 nəfər, o cümlədən 50 uşaq və körpəni, - ən balacası ayyarımlıq olub, - bu zirzəmidə saxlayıb.  Kəndin 11 sakini qeyri-insani şəraitə tab gətirməyərək, dünyasını dəyişib, daha 10 nəfərini rusiyalılar güllələyib. 2022-ci ilin iyununda Ukrayna Prokurorluğu Rusiya Silahlı Qüvvələrinin səkkiz hərbi qulluqçusunu Yaqodnoye kəndində mülki insanların ölümündə şübhəli bilib. Həmin ilin yanvar ayında daha iki rusiyalı hərbçisinin şübhəli bilinməsi barədə məlumat verilib. Bu gün isə Zelenski özünün "Telegram-kanal"ında Çerniqov vilayətində çəkilən dəhşətli fotoşəkilləri dərc edib." "Rusiyalılar haraya daxil olubsa, oraya müsibət və əzab gətirib. İşğala məruz qalan yerlərdə insanları şıkəst edib və güllələyib. Şəhər və kəndləri məhv edib. İşğalçı bütün bunlara görə tam məsuliyyət daşımalıdır", - Zelenski deyib.

"Putin yeriyən ölüdür..."

"Müharibənin sona çatmasına aparan yol Putinin qətlə yetirilməsi və ya Kreml rəhbəri postundan devrilməsidir..." "Rusiyalıların faciəli surətdə həyatlarını itirməsindən ikrar hissi keçirən generallar var..." Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ukraynada müharibənin nə ilə bitəcəyini müfəssəl təsvir edib Ukraynada müharibəyə son qoymaq üçün Vladimir Putin qətlə yetirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri Ceyms Olson Britaniyanın "The Sun" nəşrinə müsahibəsində bəyan edib. Olson qeyd edib ki, əgər Putin hakimiyyətdə qalacaqsa, o, heç vaxt müharibədən imtina etməyəcək və ona görə də müharibənin sona çatmasına aparan yol onun qətlə yetirilməsi və ya Kreml rəhbəri postundan devrilməsidir. "Onu ya tanış oliqarxlar, ya hərbçilər, ya da, sadəcə, ona qarşı olanlar qətlə yetirəcək. Mən hesab edirəm ki, Putin hazırda uduşsuz vəziyyətdədir. Əgər o, hakimiyyətdə qalarsa, müharibə uzun çəkəcək, çünki o, təslim olmayacaq. Amma düşünmürəm ki, Putin hakimiyyətdə qalacaq. Böyük ehtimalla, o, sadəcə, qətlə yetiriləcək. Mən qətlləri istisna etməzdim. Mənim fikrimcə, böyük ehtimalla, bəzi vətənpərvər ovqatlı rusiyalılar zamanında Putini aradan götürməyə qərar verəcək. Və bu, müharibənin sonu demək olacaq", - 30 ildən artıq Mərkəzi Kəşfiyyat İdarəsində xidmət edən Olson deyib. O, xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibədə çox böyük itkilərə məruz qalır. Ukrayna hakimiyyətinin məlumatına görə, bu itkilər artıq 170 mini keçib. "Mən bilirəm ki, rusiyalıların faciəli surətdə həyatlarını itirməsindən ikrah hissi keçirən generallar var. Məhz onlar, mümkündür ki, Putinə qarşı üsyanın təşəbbüskarları olacaq. Və əgər onlar bunu etsələr, mən Putini "yeriyən ölü" kimi görürəm və o, buna tab gətirə bilməyəcək. Düşünürəm ki, Putinin aradan götürülməsi onun hərbi məğlubiyyətindən daha çox ehtimal ediləndir", - ABŞ əkskəşfiyyatının sabiq rəhbəri deyib. "The Sun" nəşri qeyd edir ki, Putin özünün və Rusiyanın ali rütbəli hərbçilərinin bel bağladıqları uğurlara nail olmayıb. Nəticədə Rusiya uzunmüddətli qəddar müharibəyə" cəlb edilib və "Rusiya ordusunun alçaldıcı məğlubiyyətləri hələ yenicə toplanmaqdadır". "Hər şeydən göründüyü kimi, tiranın gələcəyi Ukraynada uğuru və ya uğursuzluğu ilə bağlıdır.  Onun sözlərinə görə, ağılsız Vladimir hərbçilərin gücünü və onların komandanlığının səmərəliliyini həddən artıq qiymətləndirməklə "yanlışlığa yol verib", - nəşr yazıb.

FTX rus elitasının pasportlarını yığır – KİV

Rusiya təhlükəsizlik xidmətləri xaricə səfərlərinin qarşısını almaq üçün yüksək vəzifəli məmurların pasportlarını alır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb. “Artan təzyiq Kreml və FTX-də elitanın sədaqətinə dair şübhələr yaradır. Elitanın çoxu şəxsi olaraq müharibəyə qarşıdır və müharibənin onların həyat tərzinə təsirindən narazıdır. Rusiya təhlükəsizlik xidmətləri xaricə səfərlərinin qarşısını almaq üçün yüksək vəzifəli məmurların pasportlarını yığır. Bu faktı Kremlin sözçüsü Peskov da təsdiqləyib. O bildirib ki, xarici səfərlər “həssas” sahələrdə işləyənlər üçün məhdudlaşdırılıb”, - məlumatda deyilir.

ABŞ-da bir gündə 26 nəfər tornado qurbanı oldu

Ötən gecə ABŞ-nin orta-qərb və cənub ştatlarının məruz qaldığı tornadolar səbəbindən həyatını itirənlərin sayı 26-ya yüksəlib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ötən gecədən dünən səhərə kimi əsasən Arkanzas, Missisipi, Ayova, Tennessi, İllinoys və Viskonsin ştatlarını əhatə edən geniş ərazidə 57-dən çox tornado hadisəsi qeydə alınıb. Tornadolar səbəbi ilə Tennessi ştatında 9, Arkanzasda 5, İndianada 3, İllinoysda 4, Memfisdə 2-si uşaq olmaqla 3, Missisipi və Alabamada hər biri bir nəfər olmaqla cəmi 26 nəfər həyatını itirib.

1 ildir ki, işğalçıları Kiyevdən qovmuşuq - Zelenski

"İlk hücumlar, ilk nailiyyətlər, ilk azad edilmiş ərazilər... Artıq 1 ildir ki, biz Kiyev vilayətindən işğalçıları qovmuşuq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Ukrayna xalqı! Siz dövrümüzün ən böyük anti-bəşəri qüvvəsini dayandırdınız. Məna verən hər şeyi məhv etmək istəyən bir qüvvəni dayanmağa məcbur etdiniz. Və biz bütün torpaqlarımızı azad edəcəyik. Biz bütün şəhərlərimizə və kəndlərimizə Ukrayna bayrağını asacağıq. Biz Ukraynanı qorumaq üçün hər şeyi edəcəyik", - deyə o qeyd edib.

Rus cəmiyyəti mövcud deyil, çünki... - Yakovenko

Rusiya cəmiyyəti mövcud deyil. Sozcu.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi jurnalist, sosioloq və Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko bildirib. "Ayrı-ayrı Rusiya dövləti yaranmamışdan çox-çox əvvəl Rusiya əhalisini uzun müddət araşdırmış bir sosioloq, bir şəxs kimi rus cəmiyyətinin necə olduğunu bilmirəm. Rus cəmiyyəti mövcud deyil, öz daxilində güclü şəkildə parçalanmış, ayrıca atomlaşdırılmış bir əhali var, o, Rusiya tarixində heç vaxt subyekt kimi çıxış etməyib", - müxalifətçi deyib. Yakovenko vurğulayıb ki, Rusiyada hakimiyyət Moskva krallığının dövründən bəri seçkilər yolu ilə dəyişməyib.

Zelenski FTX-yə sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Federak Təhlükəsizlik Xidməti (FTX), Federal Mühafizə Xidməti, həmçinin Federasiya Şurası və Rusiya Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edib. Müvafiq fərman Ukrayna Prezident Ofisinin saytında dərc olunub. Sənədə əsasən, sanksiyalar Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Qərargahın Baş Hesablama Mərkəzinə qoyulub. Bundan başqa, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dərin Sular Tədqiqatları Baş İdarəsi və Rusiya Müdafiə Nazirliyinin V.P. Çkalov adına Dövlət Uçuş-Sınaq Mərkəzi sanksiya siyahısına əlavə edilib. Hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edilib və bunlara aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, lisenziyaların ləğvi, ticarət müqavilələrinə, birgə layihə və proqramlara xitam verilməsi, texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinə yasaq daxildir. Cəmi 14 məhdudlaşdırıcı tədbir işə salınıb.

Ukrayna Krım və Donbasa hücum edəcək

Ukrayna Krım və Donbasa hücum edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Tsarqrad” nəşri bildirib. Nəşr Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına istinad edib. Qeyd olunub ki, Kiyevin ruslara vəd etdiyi “şok yumruq” hazırdır. “Yeni Ukrayna bölmələrinin əsas vəzifələri yer və hava hədəflərinin məhv edilməsi, Rusiya piyada və döyüş təyyarələrinin hücuma məruz qalması olacaq”, - materialda vurğulanıb. Həmçinin bildirilib ki,  35 min ukraynalı könüllüdən yalnız on faizi sözügedən bölmələrə qəbul edilib. Xatırladaq ki, ötən günlərdə Kremlin sözçüsü Dmitri Peskov Kiyevin Krımın ələ keçirilməsi üçün hücum briqadaları yaratması ilə  bağlı məsələyə münasibət bildirərək yarımadanın təhlükəsizliyinin etibarlı şəkildə təmin edildiyini söyləmişdi./Sfera.az

Ukrayna bu texnikadan 100 ədəd alır

Ukrayna Polşadan zirehli döyüş maşınları alır. Sozcu.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski Tvitterdə yazıb. "Ukrayna ordusu Polşadan 100 ədəd "Rosomaks" zirehli transportyoru alacaq. Sözügedən texnikalar yüksək keyfiyyətli zirehli maşınlardır”, - baş nazir bildirib.

Bu insanlarla nə danışaq?! - Zelenski şərt qoydu

Diplomatik danışıqların başlaması və müharibənin sonunun müəyyənləşdirilməsi yalnız Rusiya qoşunlarını Ukraynadan döyüşsüz çıxardıqdan sonra ola bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib. Onun sözlərinə görə, əgər Ukrayna ərazilərindən Rusiya qoşunlarını özü çıxarsa, danışıqlar baş tutmayacaq: “Çünki, çox böyük itkilər olacaq. Çoxlu sayda qurbanlar olacaq. Ümumiyyətlə, bu insanlarla nə danışaq? Onları təcrid etmək lazımdır, onların əlini də sıxmaq lazım deyil. Hamısı budur”.