"İlk hücumlar, ilk nailiyyətlər, ilk azad edilmiş ərazilər... Artıq 1 ildir ki, biz Kiyev vilayətindən işğalçıları qovmuşuq".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
"Ukrayna xalqı! Siz dövrümüzün ən böyük anti-bəşəri qüvvəsini dayandırdınız. Məna verən hər şeyi məhv etmək istəyən bir qüvvəni dayanmağa məcbur etdiniz. Və biz bütün torpaqlarımızı azad edəcəyik. Biz bütün şəhərlərimizə və kəndlərimizə Ukrayna bayrağını asacağıq. Biz Ukraynanı qorumaq üçün hər şeyi edəcəyik", - deyə o qeyd edib.