Rusiya təhlükəsizlik xidmətləri xaricə səfərlərinin qarşısını almaq üçün yüksək vəzifəli məmurların pasportlarını alır.
Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Artan təzyiq Kreml və FTX-də elitanın sədaqətinə dair şübhələr yaradır. Elitanın çoxu şəxsi olaraq müharibəyə qarşıdır və müharibənin onların həyat tərzinə təsirindən narazıdır. Rusiya təhlükəsizlik xidmətləri xaricə səfərlərinin qarşısını almaq üçün yüksək vəzifəli məmurların pasportlarını yığır. Bu faktı Kremlin sözçüsü Peskov da təsdiqləyib. O bildirib ki, xarici səfərlər “həssas” sahələrdə işləyənlər üçün məhdudlaşdırılıb”, - məlumatda deyilir.