Suriyada ABŞ hərbi bazasına hücumdan sonra bu ölkənin sahillərinə “USS Corc H. W. Buş” aviadaşıyıcı gəmisi göndərilib.
Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinqx deyib.
“Biz SEPAH-la əlaqəli qruplaşmaların Suriyada hərbçilərimizə hücumlarının artdığını müşahidə edirik və buna görə də ehtiyat tədbiri olaraq aviadaşıyıcının yerini dəyişdirdik ki, o, bir az yaxın olsun. Lakin o, əvvəlki kimi Avropa komandanlığının sərəncamındadır”, - deyə o bildirib.