1315-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1315-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 110 560 hərbçi, 11 222 ədəd tank, 23 291 ədəd zirehli döyüş maşını, 33 311 ədəd artilleriya sistemi, 1 505 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 224 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 241 ədəd avtomobil texnikası, 65 303 ədəd PUA, 3 790 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 979 xüsusi avadanlıq itirib.

Ukraynadan uğurlu əməliyyat - Rus qoşunları mühasirəyə düşdü

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski rus bölmələrinin mühasirəyə alındığını bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında bildirib. "Qoşunlarımızın dəqiq planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmənin bəzi bölmələri mühasirəyə alınıb", - Sırski vurğulayıb. Onun sözlərinə görə, əƏks-hücum əməliyyatı zamanı indiyədək azad edilmiş ərazilərin sahəsi təqribən 175 kvadrat kilometr təşkil edir: "Bundan əlavə, təxminən 195 kvadrat kilometr ərazi təxribat qruplarından təmizlənib". Sırski əlavə təfərrüatları açıqlamayıb.

Ukrayna Rusiyanın bu İES-ni darmadağın etdi

Ukrayna ordusu Belqorod İES-ə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, bu İES Rusiya hərbi sənaye kompleksinə aid müəssisələri enerjilə təmin edirdi.

MİT Suriyada İŞİD-ə qarşı əməliyyat keçirdi

Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) Suriyanın İdlib vilayətinin Atme şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD üzvü olan 14 nəfərlik qrup Türkiyə vətəndaşı Binəli Aslanı öldürüb, ona məxsus avtomobili ələ keçirib və Suriyaya qaçıblar. Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində həmin qrupun Suriyada yaşadığı ünvan müəyyən edilib. Suriya Daxili Təhlükəsizlik Xidməti ilə birgə baş tutan əməliyyat zamanı silahlı müqavimət göstərən qruplaşma üzvlərindən 8-i zərərsizləşdirib, 6-sı sağ ələ keçirilib. Sağ qalan şəxslər Türkiyəyə təhvil verilib.

Bir neçə dəfə atəş açdılar, xəbərdarlıqdan sonra... - Zelenski

Ukraynaya qarşı Rusiya tərəfindən başlanmış genişmiqyaslı işğalın əvvəlində bir neçə atəş Dnestryanı tərəfindən açılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, özünü “müstəqil” elan etmiş Dnestryanı bölgəyə rəhbərlik edən şəxslər Ukraynadan qorxduqları üçün sakit davranırlar: “Çünki müharibənin əvvəlində bizdən xəbərdarlıqlar aldılar. Həmin ərazidən bir neçə atəş açıldı. Biz onlara yaxşı bir xəbərdarlıq etdik, şəxsən mənim tərəfimdən və buna görə də indi orada sakitdirlər”. Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, əgər sabah Moldovada keçiriləcək seçkilərdə prorusiya qüvvələri qalib gəlsələr, Dnestryanı hakimiyyəti yenidən “səs-küylü” ola bilər.

Ukrayna Rusiyanın neft nasos stansiyasını vurdu

Ukrayna Çuvaşiyada neft nasos stansiyasına dronla zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Oleq Nikolayev məlumat yayıb. O qeyd edib ki, hazırda müəssisənin işi dayandırılıb: “Əhali üçün təhlükə yoxdur, xəsarət alan da yoxdur. Kiçik ziyan dəyib”.

Rus ordusu mühasirəyə düşdü, məhv edilir – Son dəqiqə

Ukrayna ordusu Pokrovsk istiqamətində rusları 3 istiqamətdə mühasirəyə salıb və geri çəkilmək yollarını bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hərbi müxbirləri məlumat yayıb. Məlumata görə, Ukrayna dronları rus hərbi kolonlarını vurur, onları təminatdan məhrum edir. Bu müddət ərzində Ukrayna ordusu 330 kv.km-dən çox ərazini azad edib və Rusiya ordusunun mövqeləri logistik dəstəkdən kəsilib. Hərbi müxbirlər bildirir ki, göndərilən əlavə qüvvələr də məhv edilir.

Rusiyada əhaliyə pis xəbər: Çağırış il boyu davam edəcək!

Rusiya Dövlət Duması bütün təqvim ili ərzində hərbi xidmətə çağırışın həyata keçirilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Məlumata görə, sənəddə yanvarın 1-dən dekabrın 31-dək orduya çağırış təklif olunur: “Dəyişikliklərə əsasən, bu müddətə hərbi komissarlığa çağırışla yanaşı, tibbi müayinə, peşə psixoloji müayinəsi, çağırış komissiyalarının iclasları da daxildir”.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1310-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 105 490 hərbçi, 11 201 ədəd tank, 23 287 ədəd zirehli döyüş maşını, 33 133 ədəd artilleriya sistemi, 1 500 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 222 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 345 ədəd helikopter, 62 736 ədəd avtomobil texnikası, 63 235 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 975 xüsusi avadanlıq itirib.

Ukrayna Rusiya zavodlarını darmadağın etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Başqırdıstan və Volqoqrad vilayətində bir neçə mühüm obyektə zərbə endirildiyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, “Qazprom Neftexim-Salavat”a endirilən zərbə nəticəsində əsas neft emalı qurğusu zədələnib. Zavodda yanğın qeydə alınıb. Volqoqrad vilayətində isə Rusiya işğalçı qüvvələrinin təchizatı ilə məşğul olan obyektlərə zərbə vurulub. Konkret olaraq, “Kuzmiçi-1” neft nasos stansiyası və “Zenzevatka” neft nasos stansiyası sıradan çıxarılıb.

Rus təyyarələrini vuracağıq - İsveç

İsveç onun sərhədlərini pozan Rusiya təyyarələrini vuracaq. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib. “İKFN adlanan sənəddə (İsveç ərazisinin pozulması zamanı hərbi hərəkətlər haqqında tənzimləmə) hökumət müdaxilə edən təyyarələrlə necə davranmaq barədə Silahlı Qüvvələrə göstərişlər verib. Bura zəruri hallarda xəbərdarlıqla və ya xəbərdarlıq etmədən güc tətbiq etmək hüququ daxildir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, dünən Danimarka və Norveçdə PUA hücumu xəbərdarlığı elan edilmişdi.

İranda dəhşət: Bir ailənin 5 üzvü öldürüldü

İranın Kirman əyalətinin Rudbar Cənub şəhərində bir ailənin 5 üzvü avtomat silahdan açılan atəş nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Cinayəti törədən və ya törədənlərin hadisə yerindən qaçdığı, onların saxlanılması üçün əməliyyat başlanıldığı bildirilib.