Bu Avropa ölkələrinin nüvə silahının olmasını istəmirik - ABŞ

Əgər Polşa, Almaniya və Skandinav ölkələri özlərinin nüvə potensialarını inkişaf etdirmək istəsəydilər, ABŞ onları bu plandan daşındırardı.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi deyib.

“Açığı, Avropa hökumətlərinin müstəqil nüvə silahına sahib olmaq və Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədən çıxması istəməsi barədə təsdiqlənmiş məlumat eşitməmişəm.

Müdafiə Nazirliyinin baxış bucağına görə, Avropanın NATO-nun nüvə çəkindiriciliyinə töhfəsi daha məqsədəuyğun və məntiqlidir. Britaniya və ya Fransanın müstəqil nüvə çəkindirməsi NATO-nun müdafiəsini möhkəmləndirir. Bu, yaxşı haldır”, - deyə Kolbi bildirib.

Share on Facebook