Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçildi

Tofiq Yaqublu barəsində həbs qərarı verildi. Sozcu.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilir ki, Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, ötən gün – dekbarın 14-də Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib. “Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc bildirib.

660-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 660-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 343 890 hərbçi, 5 706 ədəd tank, 10 654 ədəd zirehli döyüş maşını, 8099 ədəd artilleriya sistemi, 920 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 699 ədəd avtomobil texnikası, 6226 ədəd PUA, 1 608 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 189 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu "Xəncər" raketini məhv etdi

Ukraynanın Kiyev vilayətində Rusiya ordusunun atdığı “Xəncər” (Х-47М2) raketi vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk deyib.

"Navalnı vicdan məhbusudur və o, qeyd-şərtsiz azad edilməlidir" - "Amnesty İnternational"

"Navalnı, sadəcə, siyasi məhbus deyil, həm də Saxarov mükafatı laureatıdır, biz onu və onun işini qorumalıyıq..." "Rusiyalı müxalifətçiyə qarşı ekstremizmlə bağlı açılan yeni cinayət işi üzrə istintaq hərəkətləri aparılır..." Rusiyanın əsas müxalifətçisi indi haradadır?.. Rusiyalı müxalifətçi Aleksey Navalnı Vladimir vilayətinin Melexovodakı 6 saylı islah koloniyasından yeni cinayət işi üzrə istintaq hərəkətlərinin həyata keçirilməsi üçün Moskvaya çatdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Baza" "Teleqram-kanal"ı öz mənbələrinə istinadən məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb. Məlumatda deyilir ki, söhbət vandalizm işi ilə bağlı istintaq hərəkətlərindən gedir. Dekabrın 1-də Navalnı onun barəsində RF CM-in vandalizmlə bağlı 214-cü maddəsinin 2-ci hissəsi üzrə yeni cinayət işinin açıldığı barədə məlumat verib. Digər mənbələr güman edir ki, Navalnı Moskvadan sonra başqa yerə etap edilə bilər. "Qanunla Navalnı xüsusi rejimli koloniyaya etap edilə bilərdi, məhz bu tipli müəssisədə o, 2023-cü ilin avqustunda məhkəmənin "ekstremizm"lə bağlı iş üzrə 19 il azadlıqdan məhrumetmə cəzasını çəkməlidir", - məlumatda deyilir. Bundan öncə Navalnının mətbuat katibi Kira Yarmış bəyan edib ki, müxalifətçi koloniyadan çıxarılıb və onun harada olduğu məlum deyil. Bu arada dünyada, o cümlədən Avropada Navalnının taleyi ilə bağlı narahatlıq artır və onun müdafiəsi üçün hərəkat genişlənir. Belə ki, avropalı deputat, Belçikanın sabiq baş naziri, hazırda AŞPA-da Liberal və Demokratlar Fraksiyasının sədri Qi Verxofstadt Avropa İttifaqı Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Jozep Borrelə "Rusiyadan dərhal izahat istənilməsinə" çağırış edib. "Navalnı, sadəcə, siyasi məhbus deyil, həm də Saxarov mükafatı laureatıdır. Bizim borcumuz onu və onun işini qoruyub saxlamaqdır" - deputat "X" sosial şəbəkəsində yazıb. "Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı Navalnı ilə bağlı bəyanat yayıb. "İndi Navalnını zorən yoxa çıxmasının qurbanı hesab etmək olar. Kreml öz tənqidçiləri boğmaq qətiyyətində heç nə qarşısında dayanmayacaq", - bunu təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bəyan edib. "Belə ehtimal var ki, o, başqa yerə etap edilməsi prosesində həbsdədir. Rusiyada belə etap edilmə həftələrlə davam edə bilər, bu zaman qohumlarının taleyi barədə heç bir məlumat əldə edilmir, demək olar ki, həmişə məhbusların sağlamlığı və rifahını təhlükə altına atır, çünki onlar bunun gedişində qəddar davranışa məruz qalır", - Krivoşeyev əlavə edib. "Aleksey Navalnının təqib edilməsi siyasi motivlidir və o, siyasi fəallığına görə cəzalandırılıb. O, vicdan məhbusudur və dərhal və qeyd-şətsiz azad edilməlidir. Rusiya hakimiyyəti onun taleyi və harada olması barədə açıqlama verməlidir", - Krivoşeyev vurğulayıb.

Bayden Ukraynaya 200 milyonluq hərbi yardımı təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Ukraynaya 200 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təsdiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə bildirib. Bayden qeyd edib ki, ABŞ Konqresi Ukraynaya 60 milyard dollardan çox yardımı təsdiq etməlidir. Qeyd edək ki, Zelenski ABŞ-da səfərdədir.

Ukraynadan uğurlu kiber əməliyyat: Rusiyanın vergi sistemi çökdürüldü

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kiber bölmələri Rusiya ərazisində növbəti uğurlu xüsusi əməliyyat keçiriblər. Sozcu.az UNİAN-a istinadla xəbər verir ki,- bu dəfə onlar təcavüzkar dövlətin vergi sisteminə hücum ediblər. Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı hərbi kəşfiyyatçılar Federal Vergi Xidmətinin yaxşı qorunan əsas mərkəzi serverlərindən birinə, daha sonra isə onun regional bölmələrinin 2300-dən çoxuna nüfuz etməyə nail olublar. Serverlər bütün Rusiyada, eləcə də müvəqqəti işğal olunmuş Krım ərazisindədir. Qeyd olunur ki, kiberhücum nəticəsində bütün serverlər zərərli proqram təminatı alıb. Eyni zamanda, Rusiya Federasiyasının Federal Vergi Xidmətinə xidmət edən “Office.ed-it.ru” İT şirkəti də eyni şəkildə hücuma məruz qalıb. “İki kiberhücum nəticəsində illər boyu Rusiya Federasiyasının geniş vergi sisteminin işləməsini təmin edən konfiqurasiya faylları tamamilə ləğv edildi. Bütün məlumat bazası və onun ehtiyat nüsxələri məhv edildi. Moskvadakı mərkəzi ofis ilə 2300 regional ofis, ərazi idarələri, eləcə də Rusiya Federasiyasının Federal Vergi Xidməti ilə vergi məlumat mərkəzi (məlumat bankı) olan Office.ed-it.ru arasında əlaqə iflic vəziyyətinə düşüb. Söhbət faktiki olaraq, terrorçu Rusiyanın əsas dövlət orqanlarından birinin infrastrukturu və uzun müddət ərzində onu müşayiət edən çoxsaylı vergi məlumatlarının məhvində\n gedir”, - məlumatda deyilir. Xüsusi əməliyyat nəticəsində Rusiyanın bütün ərazisində vergi məlumatlarının internet trafikinin Ukrayna hərbi kəşfiyyatının əlinə keçdiyi vurğulanır.

"Biz bu il Rusiyaya hər hansı qələbələr qazanmağa imkan vermədik" - Zelenski

"Ukrayna həm ABŞ, həm də bütövlükdə XXI ərsdə qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir..." "ABŞ Ukraynaya gələcəkdə Rusiyanı çəkindirməyə qadir olan Silahlı Qüvvələr yaratmağa kömək edəcək..." Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfərə gəlib Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ prezidenti Co Bayden və konqresmenlərlə görüşəcək. Sozcu.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb. Səfər müdafiə naziri Lloyd Ostin və Qərargah rəisləri Birləşmiş Komitəsinin sədri general Carlz Braunla Milli Müdafiə Universitetində görüşlə başlayıb. O cümlədən söhbət zamanı qlobal təhlükəsizlik üçün təhdidlər, cəbhədə vəziyyətin inkişafı və müdafiə sahəsində Ukrayna-Amerika əməkdaşlığının bundan sonrakı inkişafı məsələləri müzakirə edilib. "Mən bizim xüsusilə hava hücumundan müdafiəmizin gücləndirilməsi üzrə razılaşmalarımızın icrasına, habelə nazir Ostinə və general Brauna şəxsi liderliklərinə görə minnətdaram", - Zelenski qeyd edib. Ukrayna prezidenti həmçinin Vaşinqtonda ABŞ Milli Müdafiə Universitetində çıxış edib. "Hazırda şiddətli döyüşlərin getdiyi şətaitdə bizim əsgərlərimiz cəbhədə mövqelərini qoruyub saxlayır və sonrakı fəaliyyətə hazırlaşır. Biz Rusiyaya bu il hər-hansı qələbələr qazanmağa imkan verçədik. Bəli, Putin yeni problemlər yaratmağa cəhd edir.  Lakin bizim taktikamız, sadəcə, Rusiyanın nə edəcəyini gözləmək, Rusiyanın yaratdığı problemlərə uyğunlaşmaq deyil. Söhbət bu problemlərin effektiv həllindən gedir. Problemlərin həlli qələbənin açarıdır", - Zelenski vurğulayıb. Bununla əlaqədar olaraq Zelenski vurğulayıb ki, prezident Co Bayden və Konqresdə görüşlər zamanı bu ilin nailiyyətləri əsasında hansı nəticələrə nail ola biləcəyimiz barəsində söhbət aparılacaq. "Putini geri oturtmaqla, biz onun təcavüzünü mənasız edəcəyik. Sonra o, Rusiya xalqına, guya, şəxsən özünün və müharibəsinin gələcəyi olduğu barədə yalanlar danışa bilməyəcək", - Zelenski vurğulayıb. O, qeyd edib ki, Ukraynanın hava məkanında, xüsusilə  cəbhədə hava hücumundan müdafiə üçün imkanlarının genişləndirilməsi ilə Rusiyanın havada üstünlüyünü aradan qaldırmaq mümkün olacaq. O, əmindir ki, bu, Ukraynanın başlıca problemlərindən birinin həlli olacaqdır. "Demək olar ki, bizim dənizdə udacağımıza heç kim inanmayıb, amma bu, indi faktdır. Biz həmçinin havada da udmalıyıq", - dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, "Patriot" hava hücumundan müdafiə sistemləri, radio-elektron mübarizə vasitələri, dronlar və qırıcılar Ukrayna Müdafiə Qüvvələrinə quruda da lazımınca irəliləməyə kömək edəcək. "Biz qətiyyətlə Rusiyanı çəkindirməyə hədəflənmişik..." ABŞ müdafiə naziri ilə görüş zamanı Pentaqon rəhbəri Ukraynaya gələcəkdə Rusiya təcavüzünün qarşısını almağa qadir olan ordu yaratmağa kömək edəcəyini vəd edib. "Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birgə Ukraynaya gələcəkdə Rusiyanı çəkindirməyə qadir olan Silahlı Qüvvələr yaratmağa kömək edəcəyini vəd edib", - Pentaqon rəhbəri bəyan edib. O, vurğulayıb ki, Vaşinqtonun Kiyevə dəstəyi "sarsılmaz olaraq qalmaqdadır". "Biz Ukraynaya öz ərazisini və öz vətəndaşlarını müdafiə etmək mübarizəsində yardım etməkdə qərarlıyıq, - Ostin əlavə edib. - Biz qətiyyətlə Rusiyanı gələcəkdə istənilən, o cümlədən bizim NATO üzrə müttəfiqlərimizə qarşı təcavüzdən çəkindirməyə hədəflənmişik". Lloyd Ostin vurğulayıb ki, Ukrayna həm ABŞ, həm də bütövlükdə XXI əsrdə qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir.

Pakistanda partlayış baş verdi: 4 polis öldü

Pakistanın Xeybər-Paxtunxva əyalətinin şimal-qərbində polis məntəqəsində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində azı dörd polis ölüb, bir neçəsi yaralanıb. Bildirilib ki, eyni əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.

“Navalnının harada olduğu məlum deyil” – Vəkil

“Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı islah koloniyasının əməkdaşları bildiriblər ki, Aleksey Navalnı artıq orda deyil”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin vəkili məlumat yayıb. “Onlar onun hara köçürüldüyünü söyləməkdən imtina edirlər”, - Navalnının mətbuat katibi Kira Yarmış bildirib. Siyasətçinin nümayəndəsi onu da bildirib ki, Vladimir vilayətindəki 7 saylı cəzaçəkmə müəssisəsində, xüsusi rejimli koloniyada da vəkilə Navalnının orada olmadığı bildirilib: “Cümə günü və bu gün nə İK-6, nə də İK-7 cavab verməyib. Aydındır ki, indi əmr verilib. Alekseyin harada olduğu hələ məlum deyil”. Xatırladaq ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

656-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 656-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 339 850 hərbçi, 5 655 ədəd tank, 10 560 ədəd zirehli döyüş maşını, 8070 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 636 ədəd avtomobil texnikası, 6154 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 168 xüsusi avadanlıq itirib.

Zelenski sabah ABŞ-a gedir: Baydenlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 12-də ABŞ-a səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar lideri Co Bayden həmkarını Ağ Evdə qəbul edəcək. Qeyd edək ki, V.Zelenski hazırda Argentinada səfərdədir.

Rusiyanın itkiləri 339 mnə yaxınlaşır

Ukrayna müharibənin 655-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 338 820 hərbçi, 5 636 ədəd tank, 10 529 ədəd zirehli döyüş maşını, 8064 ədəd artilleriya sistemi, 919 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 605 hava hücumundan müdafiə sistemi, 324 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 623 ədəd avtomobil texnikası, 6136 ədəd PUA, 1 586 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1 162 xüsusi avadanlıq itirib.