Kanada Baş naziri Mark Karni avqustun 24-ü Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə gəlib.
Sozcu.az xəbər verir ki, bu barədə Karninin özünün X səhifəsində məlumat paylaşılıb.
“Ukraynanın Müstəqillik Günündə, ölkə tarixinin bu kritik anında Kanada Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün dəstəyini və səylərini gücləndirir”, - Karni bildirib.