Ukraynaya ABŞ-dan silah almaq üçün ayda ən azı 1 milyard dollar lazımdır.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Norveç bizə Amerika Birləşmiş Ştatlarından silah almağa imkan verən PURL proqramına qoşulub və bizim məqsədimiz bu proqramı hər ay ən azı bir milyard dollarla tamamlamaqdır", - o, Kiyevdə səfərdə olan Norveçin baş naziri Yonas Qar Störe ilə birgə mətbuat konfransında deyib.