Ukrayna konfliktini həll etsəm, cənnətə gedəcəyəm - Tramp

Ukrayna konfliktini həll etsəm, ölümümdən sonra cənnətə düşəcəyimə ümid edirəm.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a müsahibəsində deyib.

“Bu konfliktin bitməsini istəyirəm. Orada Amerika hərbçiləri deyil, rusiyalı və ukraynalı hərbçilər ölür.

Əgər orada hər həftə 7 min insanın öldürülməsini dayandıra bilsəm, bu, əla olardı. Cənnətə getmək istəyirəm, lakin bunun üçün çox iş görməmişəm. Lakin əgər cənnətə düşsəm, Ukrayna konfliktinin həlli bunun səbəblərindən biri olacaq”, - deyə Ağ Ev rəhbəri bildirib.

Share on Facebook