Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə V.Zelenski Teleqram kanalında yazıb.
"Biz döyüş meydanındakı vəziyyəti, güclü diplomatik imkanlarımızı - Ukraynanı və bütün Avropanı Amerika ilə birlikdə müzakirə etdik. Rusiyanı yalnız güc yolu ilə sülhə məcbur etmək olar və prezident Trampın belə bir gücü var. Biz hər şeyi düzgün etməliyik ki, sülh həqiqətən də olsun", - Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, Ukrayna lideri Vaşinqtonda səfərdədir, onun Ağ Ev rəhbəri ilə görüşü nəzərdə tutulur.