ABŞ nüvə başlıqlarının sayını AÇIQLADI

2023-cü ilin sentyabr ayına olan məlumata görə, ABŞ 3 min 748 nüvə başlığına malikdir. Sozcu.az xəbər verir ki, bu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının saytında dərc olunan məlumatlarda göstərilib. Qeyd olunub ki, ABŞ-nin nüvə silahı ehtiyatları 1967-ci ildən bəri təxminən 88 faiz ixtisar olunaraq 31 255 nüvə başlığına, Berlin divarının çökdüyü 1989-cu ildə isə daha 83 faiz ixtisar edilərək 22 217 başlığadək azaldılıb. ABŞ 1994-cü ildən 2023-cü ilə qədər ümumilikdə 12 088 nüvə başlığını, o cümlədən 2020-ci ildən bu yana 405 nüvə başlığını məhv edib. Eyni zamanda, təxminən 2 min döyüş başlığı istifadədən çıxarılıb. Həmçinin 1991-ci il sentyabrın 30-dan bəri qeyri-strateji taktiki nüvə başlıqlarının sayı 90 faizdən çox ixtisar olunub.

BMT-nin Baş katibi dünya ictimaiyyətinə MÜRACİƏT ETDİ

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Nelson Mandela Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Sozcu.az xəbər verir ki, Baş katib görkəmli ictimai xadim Mandelanın bəşəriyyət qarşısında xidmətlərini vurğulayıb. O əlavə edib: “Nelson Mandela bizə daha yaxşı bir dünya qurmaqda bir insanın edə biləcəyi fövqəladə fərqi göstərdi. Builki Beynəlxalq Nelson Mandela Gününün mövzusu yoxsulluq və bərabərsizliyin aradan qaldırılmasının bizim öz əlimizdə olmasıdır”. Dünyamızın qeyri-bərabər bölündüyünü diqqətə çatdıran Quterreş qeyd edib ki, hazırda bir çox ölkələrdə aclıq və yoxsulluq hökm sürür. “Ən varlı ölkələrin planeti məhv edən istixana qazlarına bəşəriyyətin üçdə ikisini təşkil edən yoxsul dövlətlərlə eyni dərəcədə cavabdeh olması ədalətsizdir. Bunlar təbii faktlar deyil, bəşəriyyətin seçimlərinin nəticəsidir. Biz başqa cür qərar verə bilərik; yoxsulluğu aradan qaldırmağı, bərabərsizliyə son qoymağı, beynəlxalq iqtisadi və maliyyə sistemini təkmilləşdirməyi seçə bilərik. Biz irqi ayrı-seçkiliyə qarşı vahid cəbhədə birləşməyi, insan hüquqlarına hörmət etməyi, iqlim dəyişikliyi ilə mübarizə aparmağı və bütün bəşəriyyət üçün faydalı olacaq bir dünya yaratmağı seçə bilərik. Hər birimiz böyük və kiçik tədbirlərlə öz töhfəmizi verə bilərik”, -deyə Baş katib vurğulayıb. Antonio Quterreş müraciətinin sonunda deyib: “Mən hamını Nelson Mandela Fonduna qoşularaq, Beynəlxalq Nelson Mandela Günündə 67 dəqiqə ictimai xidmət göstərməyə çağırıram. Bu, onun ədalət uğrunda mübarizə apardığı hər il üçün bir dəqiqə deməkdir. Gəlin, birlikdə Mandelanın irsinə hörmət edək və səylərimizi hamı üçün daha yaxşı bir dünya qurmağa yönəldək”. 1918-ci il iyulun 18-də doğulmuş Nelson Mandela 1994-1999-cu illərdə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti olub. Ömrünün əksər hissəsini haqsız yerə həbsxanada keçirən azadlıq fədaisi bütün həyatı boyu irqi ayrı-seçkiliyə qarşı davamlı mübarizə aparıb. BMT 2009-cu ilin noyabrında 18 iyul tarixini CAR-ın sabiq Prezidentinin doğum günü şərəfinə Beynəlxalq Nelson Mandela Günü elan edib.

Trampa yeni sui-qəsd olacaq - Politiko

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti həftələrdə yeni sui-qəsd cəhdləri ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” yüksək rütbəli amerikalı məmurlara istinadən məlumat yayıb. Nəşr İran tərəfdən Trampa qarşı sui-qəsd planlarının olması barədə kəşfiyyat məlumatına da istinad edib. Qeyd edək ki, İran CNN-in yaydığı məlumatı qətiyyətlə təkzib etmişdi.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 872-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 559 090 hərbçi, 8 206 ədəd tank, 15 811 ədəd zirehli döyüş maşını, 15 262 ədəd artilleriya sistemi, 1 119 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 890 hava hücumundan müdafiə sistemi, 361 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 20 538 ədəd avtomobil texnikası, 12 108 ədəd PUA, 2 397 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 566 xüsusi avadanlıq itirib.

Məhkəmədən İmran Xanla bağlı növbəti qərar

İslamabad dairə məhkəməsi Pakistanın sabiq baş naziri İmran Xan barəsində qanunsuz nikah işi üzrə hökmü ləğv edib. Sozcu.az xəbər verir ki, bununla da sabiq baş nazirə qarşı son məhkəmə qərarının müddəti başa çatıb və o, potensial olaraq azadlığa buraxıla bilər. İmran Xan və həyat yoldaşı Büşra Bibinin şikayətini qəbul edən hakim, eyni zamanda, vurğulayıb ki, siyasətçiyə qarşı aktiv həbs qərarı yoxdursa, o, həbsdən azad edilməlidir. Hakimin sözlərinə görə, əgər onlar başqa bir iş üzrə axtarışa verilməzsə, o zaman hər ikisi dərhal azadlığa buraxılmalıdır.

Ukrayna Rostovda neft bazasını vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Rostov vilayətinin Simlyanck rayonundakı neft bazasına dronlarla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat yayıb. O bildirib ki, hücum nəticəsində neft bazasında yanğın baş verib.

İsrail və HƏMAS razılaşdı

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden X səhifəsində məlumat yayıb. "Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması üçün hərtərəfli sövdələşmə prinsiplərini irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb”, - deyə Ağ Ev rəhbəri bildirib.

"Çox tezliklə..." - Zelenski mühüm qərarı açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın gələcəkdə F-16 qırıcıları ilə bağlı qərarın anonsunu verib. Sozcu.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib. “Bu gün biz Vaşinqtonda işimizi davam etdiririk, xüsusən də, yaxın vaxtlarda F-16 qırıcıları ilə bağlı qərar olacaq. Ukraynaya veriləcək təyyarələrin sayını artırırıq, Dünən Ukrayna üçün 5 "Petriot" və onlarla hava hücumundan müdafiə sistemləri ilə, bu günsə təyyarələrlə bağlı qərara nail olduq". Həmçinin, Zelenskinin sözlərinə görə, iki yeni təhlükəsizlik sazişi imzalanacaq. “Orada, müqavilələrdə Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi, Aİ və NATO-ya daxil olmağımıza, müdafiəmizə - əsgərlərimiz, bütün xalqımıza, bərpa işinə dəstək var. Biz bütün bunları təhlükəsizlik sazişlərində lazım olduğu kimi nəzərə alarıq”, – Zelenski bildirib.

Zelenski: Ukraynanın azı 128 F-16 qırıcısına ehtiyacı var

Ukraynanın Rusiya Silahlı Qüvvələrinə havada effektiv şəkildə müqavimət göstərməsi üçün azı 128 F-16 qırıcısına ehtiyacı var.  “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Ronald Reyqan İnstitutunda müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, hazırda müttəfiqlərin Ukraynaya vəd etdiyi F-16-ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişdirə bilməyəcək: "F-16-larla bağlı problem onların sayı və tədarük tarixi ilə bağlıdır. Rusiya Ukraynaya qarşı əməliyyatlarda hər gün 300 təyyarədən istifadə edir". 

Pezeşkianın seçilməsi nəyi dəyişəcək? - ABŞ

Vaşinqton Məsud Pezeşkianın prezident seçilməsindən sonra İslam Respublikasının davranışında hər hansı dəyişiklik gözləmir. Sozcu.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib. O bildirib ki, ABŞ bu ölkənin yeni prezidentliyi dövründə İranla nüvə danışıqlarını bərpa etməyə hazır deyil: “İranın HƏMAS, Livan Hizbullahı və Yəmən husiləri kimi terrorçu qrupları dəstəkləməyə davam edir, günahsız ukraynalıların öldürülməsində istifadə olunan pilotsuz uçuş aparatlarını, dron texnologiyalarını Rusiyaya verir. Tehranın proksi qruplarına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə davamlı dəstəyini nəzərə alaraq, Amerikanın İranın nüvə proqramı üzrə danışıqların bərpasına cavabı mənfi olacaq”. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin son məxfi hesabatının nəticələri göstərir ki, İran zənginləşdirilmiş uran ehtiyatını artırıb.

Gürcüstanın Aİ-yə daxil olması prosesi dayandırıldı

Avropa İttifaqı (Aİ) rəhbərliyi Gürcüstanın təşkilata qəbulu prosesini dayandırmaq qərarına gəlib. Sozcu.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib. “Təəssüflə bildirirəm ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesini dayandırmaq barədə razılığa gəliblər”, - deyə Gerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib. Qerçinski həmçinin qeyd edib ki, bu, Avropa Şurasının hesabatlarında açıq şəkildə qeyd olunub.

"İrinli ölkə Ukraynaya 40-dan çox raket atıb" - Zelenski

"İrinli ölkə bu gün Ukraynaya 40-dan çox müxtəlif tipli raketlər atıb". Sozcu.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk şəhərləri raket hücumuna məruz qalıb. Yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib: "Rusiya artıq bir çox cinayətlər törədib. Ancaq Ukraynanın mərkəzi uşaq tibb mərkəzi olan "Oxmatdet" bu siyahıda fərqlənəcək".