"İrinli ölkə Ukraynaya 40-dan çox raket atıb" - Zelenski

"İrinli ölkə bu gün Ukraynaya 40-dan çox müxtəlif tipli raketlər atıb".

Sozcu.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O qeyd edib ki, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk şəhərləri raket hücumuna məruz qalıb. Yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib:

"Rusiya artıq bir çox cinayətlər törədib. Ancaq Ukraynanın mərkəzi uşaq tibb mərkəzi olan "Oxmatdet" bu siyahıda fərqlənəcək".

Share on Facebook