DTX-nin həbs etdiyi qadın hansı strateji məlumatları Rusiyaya satıb?

Politoloq Nəzakət Məmmədova açıq şəkildə Rusiyanın tərəfini tuturdu. Adətən casusluq gizli, konspirativ fəaliyyətdir. Bu baxımdan da Məmmədovanın həbsi ilə bağlı rəylər birmənalı deyil. Əsas arqument budur ki, casuslar işini gizli, əlaltından görür. Nəzakət Məmmədovanın qeyri-ciddi, qeyri-stabil obrazının olduğu bildirilir. Maraqlıdır, politoloq dövlətin hansı strateji məlumatlarını Rusiyaya sata bilər, ya da indiyə o, dövlət əleyhinə hansı fəaliyyəti göstərib? Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Adil Qeybulla deyib ki, hər hansı bir ölkəyə qarşı casusluq fəaliyyəti çox ciddi bir ittihamdır. O bildirib ki, əslində, casusluq dövləti bir cinayət kateqoriyasına aiddir: “Digər tərəfdən də, həmin şəxs haqqında verilən informasiyalar istintaq sirridir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) qərarı müəyyən faktlara söykənir. Məncə, biz bəzi şeyləri öncədən təxmin edə bilərik, amma son qərar hər halda istintaq zamanı müəyyən ediləcək. Bəzi məsələlər var ki, onların tam bəyan edilməsi, açılması, içtimaiyələşməsi mümkün olmur. Onun görə də, hesab edirəm ki, ortada hansısa faktlar olub və bu faktlar əsasında ona həbs qətimkan tədbiri seçilib”. A.Qeybulla deyib ki, ümumiyyətlə, vətənlə, ölkənin taleyi ilə bağlı atılan addımlara qarşı cəzalar və münasibət hər zaman sərt olmalıdır: “Azərbaycanın düşmən dövlətlər əhatəsində olduğu bir dövrdə, indiki həssas məqamda sərt olmaq xüsusilə vacibdir. Mütləq ki, hər şey diqqətdə saxlanılmalıdır. Hər halda, dövlətin hüquq mühafizə organları bu qərarı verərkən konkret faktlara istinad ediblər. Müəyyən məsələlər də istintaq sirri olduğundan faktların sübut edilməsi, aydınlaşdırılması üçün zaman lazım olduğundan, hazırda bəzi şeyləri yalnız təxmin etmək olar”.

Azərbaycan və Türkiyə Qarabağda təlimə başladı - Video

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb. Müdafiə Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir. “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

HƏMAS-ın raket qüvvələrinin rəis müavini MƏHV EDİLDİ

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağına gecə zərbələri zamanı HƏMAS-ın raket qüvvələrinin rəis müavininin və bu təşkilatın onlarla obyektinin məhv edildiyini bildirib. Sozcu.az TASS-a istinadən xəbər verir ki, onlarla HƏMAS tərəfdarının öldürüldüyü də bildirilir. Bundan əvvəl HƏMAS-ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayının 212-yə çatdığı açıqlanıb. Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və 200-dən çox inası girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi.

İran İsrailin dostlarını təhdid etdi: Ağır qisas gözləyir...

İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib növbəti dəfə İsraillə münasibət quran və əlaqələrini normallaşdırmağa çalışan bölgə ölkələrini təhdid edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. O, HƏMAS-ın İsrailə qarşı hücumunu dəstəkləyib və bunun regional və qlobal səviyyədə ciddi strateji dəyişikliklərə səbəb olduğunu deyib: “Bölgə ölkələrinin İsraillə münasibət qurmaqda məqsədləri Amerikanın məmnunluğunu qazanmaqdır. Amma bunun artıq onlar üçün müsbət nəticəsi və bəhrəsi olmayacaq. HƏMAS-ın əməliyyatından sonra İsrail bir daha sülh və sabitlik üzü görməyəcək. Təl-Əviv və onun himayəçilərini ağır qısas gözləyir”.

Əgər İsrail dayanmasa, türk ordusu müdaxilə etməlidir

Bu gündən etibarən 24 saat ərzində atəşkəs əldə olunmasa, hücumlar dayanmasa, Türkiyə tez bir zamanda araya girməli, tarixi, humanitar və dini vəzifələrinin tələb etdiyi hər şeyi etməlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə MHP sədri Dövlət Baxçalı deyib. “Lazım olanı, etməli olduğumuzu millətimlə açıq şəkildə paylaşıram. Qəzzanı qorumaq missiyasını öz üzərimizə götürmək bizim tarixi mirasımızdır. Türkiyə Cümhuriyyəti Qəzzanı xoşbəxt uşaqlar və qardaşlarımızın əmin-amanlıq içində yaşayacağı İslam diyarına çevirməyə hazırdır və and olsun ki, buna qadirdir”, - Baxçalı bildirib.

Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu. Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Balasanyanın “bağışlanma”sının pərdəarxası məqamları açılır. Məlumata görə, Balasanyan ötən gün Rusiyanın Ermənistandakı səfirliyində olub. Onu səfirlikdən çıxarkən görüblər. Balasanyan boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib. Görünür, “bağışlanma” prosesini burada axtarmaq lazımdır. Balasanyan bunun müqabilində Rusiyaya işləməli olacaq. Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlana bilər.

Mahmud Abbas Baydenlə görüşdən imtina etdi

Fələstin Prezidenti Mahmud Abbas amerikalı həmkarı Co Baydenlə görüşdən imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat dərc olunub. Məlumata görə, Fələstin lideri oktyabrın 17-də İsrailin Qəzzada xəstəxana binasına raket zərbəsi endirməsindən sonra bu qərara gəlib. Qeyd edək ki, M.Abbasın oktyabrın 18-də Co Bayden, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və İordaniya Kralı II Abdullahla görüşü nəzərdə tutulmuşdu.

Vəkili Xaçatryandan imtina etdi, yenisi təyin olundu

Vaqif Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. Sozcu.az xəbər verir ki, o, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın hüquqlarını vəkil Radmila Abulova qoruyacaq.

"Netanyahu Haaqa Məhkəməsində mühakimə olunmalıdır" - İspaniyalı nazir

İspaniyanın sosial hüquqlar naziri vəzifəsini icra edən İone Bellara İsraili Qəzza zolağında soyqırıma cəhddə ittiham edib. Sozcu.az xəbər verir ki, o çıxışında həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu Haaqa Beynəlxalq Cinayət Məhkəməsində mühakimə etməyə çağırıb. “İsrail Qəzza zolağında planlı soyqırım həyata keçirir, yüz minlərlə insanı su və işıqsız qoyur və heç bir təhlükəsizlik zəmanəti olmadan onların təxliyəsini tələb edir”, – deyə Bellara vurğulayıb.

Balasanyan Ermənistanda dindirildi - Oğlu həbs edildi

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib. Sozcu.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı onun vəkili Rafael Martirosyan təsdiqləyib. Digər xəvərlərə görə, onun oğlu polislər tərəfindən saxlanılıb. Vəkil bildirib ki, Balasanyan oktyabrın 13-ü dindirilib. “Vitali Balasanyan təfərrüatı barədə danışa bilmədiyim cinayət işi ilə bağlı sorğuya çağırılıb. Amma onu deyə bilərəm ki, şahid qismində dindirilib. Qeyd edim ki, onun verdiyi ifadənin bu işin istintaqının gedişinə və təqsirləndirilən şəxsə heç bir aidiyyəti olmayacaq”, – R. Martirosyan əlavə edib.

İsrail atəşkəs elan etdi - Təcili

İsrail Qəzza zolağının cənub bölgəsində humanitar atəşkəs rejimi tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə “i24” telekanalı məlumat yayıb. Məlumata görə, atəşkəs yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) qüvvəyə minəcək və 5 saat davam edəcək. Bildirilir ki, atəşkəs əcnəbi vətəndaşların anklavı tərk edə bilməsi, həmçinin, Qəzzaya humanitar yardım göndərmək məqsədi ilə elan olunub.

Öldürülən israillilərin sayı 1400-ə çatdı

HƏMAS qruplaşmasının İsrailə hücumu nəticəsində ölənlərin sayı 1400-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə I24 telekanalı məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində yaralanların sayı 3500 nəfərdir. Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb. İsrail ordusu cavab tədbirləri görür.