“Elə məsələlər var ki, maksimum dərəcədə həssas və diqqəıtli omaq lazımdır. Bunlardan biri də azad olunmuş ərazilər və öz doğma yurdlarına dönən həmvətənlərimizlə bağlıdır”.
Bu fikirləri Herbiand.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Emin Həsənli qeyd edib ki, ölkəmizin bütövlüyünün, suverenliyinin bərpa olunmasında Azərbaycanın bütün bölgələrindən mərd, igid oğullarımız şəhid olub, sağlamlığını itirib:
“Qarabağ uğrunda savaşda bütün bölgələrimizdən olan oğullar və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri canlarını fəda edib. Azərbaycan xalqının bu məslədə bir yumruq kimi birləşməsi bədxahların gözləmədiyi bir olay idi. Ermənilər də, onlara havadarlıq edənlər də bu birliyi gözləmirdi. Bu dünya üçün bir nümunə idi. Məhz bu birliyin nəticəsi idi ki, biz qalib gəldik. Bu qələbənin daimi olmasının əsas şərtlərindən biri də bu birliyi qoruyub saxlamağımız, Ali Baş komandan ətrafında daima sıx birləşməyimiz ola bilər”. vakansiyalar
Hərbi ekspert hesab edir ki, bu birliyə xələl gətirmək mümkün deyil:
“Əlbəttə, bu birliyə xələl gətirmək mümkün deyil. Amma bəzi hallarda ortaya atılan müzakirələr insanların ovqatına neqativ təsir edir. Buna görə də bəzi məslələrdə ehtiyatlı davranmaq, həssas olmaq lazımdır”.
Emin Həsənli 30 illik həsrətdən sonra öz doğma yurdlarına qayıdan insanların bu illər ərzində nələr yaşadıqlarını unutmamağı tövsiyə edir:
“Məcburi köçkünlər 30 il olmazın əzab-əziyyət qatlaşıb. Mülkiyyət hüququndan məhrum olub. Yataqxana küncündə, heç bir elementar şəraiti olmayan yarımçıq tikililərdə, çadırlarda yaşayıb. Onların bir çoxu, müəyyən müddət təhsil hüququndan məhrum olub, normal səhiyyə xidməti almaq hüququndan məhrum olub. Və ən nəhayət bu ağır şərtlər altında yaşamaq məcburiyyətində qalıblar. İndi dövlət onların pozulmuş hüquqlarını bərpa edir, onları öz doğma yurdlarına qaytarır. Azərbaycan qanunvericiliyində də, dünyanın hər yerində də insanların mülkiyyət hüququ var. Və bu hüquqa hörmətlə yanaşılır. Biz də bu hüquqa hörmətlə yanaşmalıyıq. Bəli, bu həm də mənəvi məslədir. Ona görə də bu məsələlərin müzakirəsində maksimum dərəcədə həssas və ehtiyatlı olmaq lazımdır. Bir zamanlar “qaçqınlar və yerlilər” avantürasını ortaya atanlar indi də doğma yurduna qayıdan insanları digərləri ilə qarşı-qarşıya qoymaq istəyirsə, biz buna qarşı olmalıyıq. Xalqımızın birliyinə xələl gətirəcək belə müzakirələr ancaq Azərbaycanın düşmənlərinin işinə yarıya bilər. Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün. Azərbaycanın hər qarışı hər bir Azərbaycan vətəndaşının, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin vətənidir”.