Biz onları qəbul etməsəydik, hamısı öldürələcəkdi – Çelik

Biz zülmdən qaçan insanları qonaq etdik və həmişə bununla fəxr etdik.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

“Bu, bizə atalarımızdan qalan mirasdır. Buranın bütün məzlumların sığıncağı adlandırılmasından həmişə fəxrlə bəhs etmişik.

Ölümdən qaçan, Suriya və İraqda ölümlə üz-üzə qalan insanlar ölkəmizə gəldilər. Bu böyük millət ölümdən qaçan insanlara sahib çıxdı. Müxtəlif zamanlarda “Suriyalıları niyə qəbul edirsiz, niyə yardım edirsiz” kimi sual verənlər oldu. Biz o insanları qəbul etməsəydik, hamısı öldürüləcəkdi”, – deyə partiya sözçüsü bildirib.

Facebook Comments