Mourinyo belə uğursuzluqla üzləşməmişdi

İngiltərə Premyer Liqasının 22-ci turunda keçirilən “Tottenhem” – “Çelsi” oyunu (0:1) meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo üçün antirekordla yadda qalıb.

Sozcu.az xəbər verir ki, baş məşqçi kimi 327-ci ev oyununa çıxan Joze Mourinyo karyerasında ilk dəfə ardıcıl iki ev məğlubiyyətinə üzülüb.

Komanda yanvarın 29-da doğma arenada “Liverpul”a 1:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 33 xalla 8-ci yerədir.

Facebook Comments