Trampın kürəkəni Nobelə namizəd göstərildi

ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və köməkçisi Avi Berkovits Nobel Sülh Mükafatına namizəd göstərilib.

Sozcu.az xəbər verir ki, sözügedən şəxslərin İsrail və ərəb ölkələri arasında əlaqələrin bərpasına dair razılaşmalarda rol oynamaları bu addımın atılmasına səbəb olub.

Cared Kuşner açıqlamasında oktyabr ayında veriləcək mükafata namizəd göstərilməkdən qürur duyduğunu bildirib.

Facebook Comments