Çadırda doğuldu, döyüşüb aldığı yurdunda dəfn edildi – Foto

Qarabağ savaşında düşmənə qan udduran qəhrəmanlarımızdan biri də Böyükağadır.

Sozcu.az xəbər verir ki, Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvar rayonda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib.

Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil aldığı müddət ərzində həmişə seçilib: savadı, biliyi, bacarığı, ən əsası da Vətən sevgisi ilə hər kəs üçün nümunə olub. Həmyaşıdlarının sözünə görə, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dilinin əzbəri olub.

O şüarları hazırda Şəhid otağındakı guşəsində də yer alır. Dəfələrcə nümunəvi addımlarına görə diplom və serfikatlara layiq görülüb.

2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat fakültəsinə daxil olub. 2019-cu ildə universiteti bitirib, hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayarkən cəbhəyə gedib və ön sıralarda döyüşüb. Cəbrayıl, Füzuli istiqamətində Ordumuzun hücumunda aktiv iştirak edib.

Böyükağa minamyot atıcısı olub. Düşmənin çoxsaylı canlı qüvvəsi və texnikasının məhv edib.

Əslən Cəbrayıldan olması, uşaqlıqdan bu yerləri böyüklərin xatirəsindən və xəritələrdən mükəmməl öyrənməsi savaşda ön sıralarda hücum edən əsgərlərimizə böyük yardım edib.

Əsgər yoldaşlarının sözlərinə görə, Böyükağa bütün Qarabağı xəritə üzrə əzbərdən bilirmiş və arzusunda olduğu, ancaq görmədiyi bu yerlərə baxan kimi tanıyırmış. Bu xəritə bilgisi düşmənə dəqiq zərbələr endirməsində xüsusi rol oynayıb.

Çadır şəhərciyində doğulsa da, ailəsinin qisasını alıb və Cəbrayılın azad olunmasını da doğmalarına özü xəbər edib.

Oktyabrın 8-də isə Füzuli ərazisində gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Cəbrayıl qəsəbəsində salınmış Şəhidlər Xiyabanında dəfn olunub.

Böyükağa Şahverdiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.kult.az

Allah rəhmət eləsin!

Facebook Comments