Beynəlxalq Şəffaflıq Təşkilatı: Korrupsiya səviyyəsinə görə İranda durum acınacaqlıdır

“Beynəlxalq Şəffaflıq Təşkilatı” son illik hesabatında İranın korrupsiya dərəcəsinə görə 180 ölkə arasında 149-cu sırada olduğunu bildirib.

Təşkilatın yanvarın 28-də yayınladığı hesabatda göstərilir ki, 2017-ci ildə İran korrupsiyaya görə 180 ölkə arasında 130-cu, 2018-ci ildə 138-ci və 2019-cu ildə 146-cı yeri tutub. İndi İran şəffaflıq baxımından dahada geriləyərək siyahıda 149-cu yerə çatıb.

İranın qonşuları və bölgə ölkələri Türkmənistan, Əfqanistan, İraq, Suriya və Yəməndə durum dahada pisdir və siyahıda İrandan sonrakı yerləri bölüşürlər.

Beynəlxalq təşkilatın yayınladığı statistikaya əsasən, dünya səviyyəsində korrupsiya və iqtisadi fəsada görə bir neçə Afriqa ölkəsi, Venesuela və Şimali Koreyanın durumu İrandan da acınacaqlıdır.

Beynəlxalq Şəffaflıq Təşkilatı son bir ildə dünyada şəffaflıq və korrupsiyaya qarşı mübarizə sahəsində çox az müsbət dəyişiklik olduğunu və dünya ölkələrinin yalnız üçdə ikisinin sıralamada 50-dən aşağı olduğunu söyləyir.

Korrupsiya indeksi baxımından bu beynəlxalq qurum ölkələrə sıfırdan 100-ə qədər “bal” verir və bal nə qədər çox olarsa, şəffaflıq baxımından da o qədər yaxşıdır. İranın balı 26-dır. Bununlada İran keçən ilə nisbətən daha bir pillə geriləyib.

Hesabata görə, ən yaxşı nəticələr Danimarka, Yeni Zellandiya, Finlandiya, İsveçrə, İsveç və Sinqapura məxsusdur. Ən pis göstəricilər isə Güney Sudan, Somali, Suriya, Yəmən və Venesuelaya ayiddir.

Şəffaflıq və korrupsiyaya qarşı mübarizə sahəsində 2012-ci ildən bu günə kimi 26 ölkədə göstəricilər müsbətə doğru dəyişilib. Ancaq İran və Livanında daxil olduğu 22 ölkədə durum dahada pisləşib.

Hesabatda korrupsiyanın koronavirus epidemiyası və digər böhranların, xüsusilə fövqəladə halların iqtisadi nəticələri ilə səmərəli mübarizə aparmaq üçün ciddi maneə olduğu deyilir.

Facebook Comments