“Sosial şəbəkələr sizdən pul qazanmaq üçün istifadə edir”

53 yaşlı aktrisa Pamela Anderson sosial şəbəkələrdən getdiyini elan edib.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa instaqram hesabında məlumat verib:

“Bu mənim instaqram, tvitter və feysbukda son postum olacaq. Məni heç vaxt sosial şəbəkələr maraqlandırmırdı. İndi həyatda yerimi tapmışam. Hazırda təbiətdə olmaqdan və oxumaqdan ilham alıram. Mən azadam”.

Öz izləyicilərinə təşəkkür edən Pamela onları sosial şəbəkələrdə boş vaxtlarını sərf etməməyə çağırıb:

“Sosial şəbəkələr beyninizi nəzarət altına almaq üçün və pul qazanmaq üçün sizdən istifadə edir”.

Qeyd edək ki, Pamela Andersonun instaqramda 1,2 milyon izləyicisi var idi.

Facebook Comments