“Yuventus” türkiyəli hücumçunu istəyir

“Yuventus” heyətinə yeni futbolçu qatmaq istəyir.

Sozcu.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi “Lill”dən Yusuf Yazıcını transfer etmək niyyətindədir. Klub mütəmadi olaraq 24 yaşlı hücumçunu izləmək üçün skautlar göndərir.

Qeyd edək ki, Yazıcı bu mövsümm 23 oyunda iştirak edib, 11 qol vurub və 4 qolun ötürməsini verib.

Facebook Comments