“İlham Əliyev gərək onlara deyəydi ki, gedin başqa işlə məşğul olun!”

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı bildirib ki, biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, qeyd edib ki, İlham Əliyevin həmişə şikayətləndiyi Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündəki açıqlaması bir çox suallara özü cavab verib.

“Göründüyü kimi, azad edilməsi planlaşdırılanlar çıxışda adları sadalananlar olub. Əslində “Qarabağ münaqişəsi yoxdur, həll olundu” bəyanatını verən İlham Əliyev gərək Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etməyəydi. Məntiqlə onlara deyilməliydi ki, münaqişə yoxdur, həll olundu, gedin başqa işlə məşğul olun!”

Facebook Comments