“Mərmilər düşən anı gördüm” – Məşhur müğənni

“Hazırda ailəmlə Gəncədə yaşayıram, mərmilər düşən anı gördüm, onun şahidi oldum. Onlar düşmən deyillər, düşmən də demək olmur”.

Sozcu.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov Teleqraf.com-a müsahibəsində deyib.

Sənətçi Gəncədə əhalinin əhval-ruhiyyəsinin yüksək olduğunu, mərmilərdən qorxmadığını bildirib:

“Bilmirəm onlara nə ad vermək olar? Dinc əhaliyə atəş açmaq vəhşilikdir. Cəbhə bölgəsində əsgərlərimizlə bacara bilmirlər, hərbi hissələrini, silahlarını qoyub qaçırlar. Onlar orduda əsgərlərin qaçmaması üçün onları zəncirləyirlər. Əsgərlər hətta öz aralarında əlbəyaxa dava edirlər. Üç gündür erməni tərəfi Gəncədə təxribat törədir. 34 saylı məktəbin yaxınlığına, Təzə Bazar deyilən məkana mərmi atdılar. Xəsarət alanlar da var. Onlar dinc əhalidir, sakit həyat yaşayan insanlardırlar. Ermənilər səngərdə əsgərlərimizlə bacara bilmirlər, dinc əhalini atəşə tuturlar. Belə namərdlik yer üzündə yoxdur. Gəncə şəhərini bir neçə dəfə raketdən atəşə tutdular. Mingəçevirə, Ağcabədiyə, başqa rayonlarımıza da raket atdılar. Bununla belə, insanlarda əhval-ruhiyyə əladır, hər kəs öz işində-gücündədir. Gəncə elə bir şəhərdir ki, onun sakinləri düşmən atan mərmidən qorxmurlar”.

Facebook Comments