Arxalı köpək Azərbaycanı “yenidən sülhə vadar etmək” haqda çərənlədi…

“Biz öncə Allaha, öz xalqımıza, dövlətimizə, ordumuza, qardaş və dostlarımıza güvənsək, erməniləri yalvarda-yalvarda birdəfəlik təslim olmağa məcbur edərik…”

Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq rəhbəri Araik Arutyunyan sentyabrın 25-də Xankəndində genişləndirilmiş işgüzar görüş keçirib.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, separatçı erməni öz çıxışında “Bakının ritorikasının heç bir şəkildə Qarabağ xalqını seçilən yoldan çıxara bilməyəcəyini” bildirib.

Bərk ayaqda Rusiyanın, Fransanın, hətta ABŞ-ın da dəstəyini hiss edən bu həyasız arxalı köpək “mümkün təxribat halında, qanunsuz “müdafiə ordusu”nun düşməni(yəni Azərbaycanı) bir daha sülhə məcbur edərək vəziyyətdən şərəflə çıxmağa hazır olduğunu” da çərənləyib.

P.S. Ermənilərdən fərqli olaraq biz hansısa yad dövlətlərə yox, öncə Allaha, sonra öz xalqımıza, dövlətimizə, ordumuza və bir də Türkiyə, Pakistan kimi qardaş və dostlarımıza güvənərək sözün əsl mənasında birləşib son və qəti hücuma keçsək, düşməni yalvarda-yalvarda birdəfəlik təslim olmağa vadar edərik…

Facebook Comments