Türkiyə milyardlıq neft gəlirindən pay alacaq

Yaxın müddətdə Türkiyə və Liviya arasında neft-qaz sahəsi ilə bağlı yeni müqavilə imzalanması planlaşdırılır.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə-Liviya İş Şurasının sədri Murtaza Qərənfil ölkə mətbuatına açıqlamasında deyib.

“Türkiyənin neft-qaz şirkətləri Liviyaya dəvət olunub. Məsələ ilə bağlı yeni müqavilə imzalanması planlaşdırılır. Bununla Liviya-Türkiyə arasında qopmayan koridorun yaranacağına inanırıq. Təəssüf ki, Liviyada təxminən 90 milyard dollarlıq neft gəliri 20 faiz azalıb. Buna baxmayaraq, bölgədə 10 milyard dollarlıq ixracın reallaşması mümkün görünür. Ölkədə sülhün təmin olunmasından sonra ticarət sahəsinin daha da inkişaf edəcəyini düşünürük. Son zamanlarda Liviyadakı qazma gəmilərimizə qoyulan sərmayələri dəstəkləmək adına Türkiyə olaraq bu ölkədə pay sahibi olmaq istəyirik”, – M.Qərənfil bildirib.

Facebook Comments