Türkiyədə şok: Azərbaycanlı oğlan xəyanətə görə…

Türkiyənin İstanbul şəhərinin Qaziosmanpaşa məhəlləsində 18 yaşlı qız birgə yaşadığı azərbaycanlı oğlan tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, Vüsal Orucov adlı şəxs dini nikahda olduğu Sevilay Kayanın boğazını bıçaqla kəsib.

Daha sonra o, öldürdüyü qızın qanı ilə divarda belə bir yazı yazıb: “Xəyanətin cəzası ölümdür”.

Vüsal Orucov könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.

Öldürülən qızın anası hadisənin şokundan huşunu itirib. Hazırda qadın xəstəxanadadır. Hadisə ilə bağlı istintaq işləri davam edir.

Facebook Comments