“OYAL”dan prezidentə və prokurorluğa şikayət edildi

Göyçay rayon Bığır kənd sakini Qəhramanov Anar Nəsrəddin oğlu “iNCİ” şirkətində baş verən özbaşınalıqlar, korrupsiya və vergidən yayınma halları ilə bağlı prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi yazıb.

Sozcu.az saytı həmin şikayət ərizəsinin mətnini  olduğu kimi təqdim edir:

Hörmətli cənab prezident!

Mən bir ildən artıqdır ki, Ofis və dəftərxana ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “İnci” şirkətində satış təmsilçisi vəzifəsində çalışıram. İşlədiyim müddətdə heç bir nöqsana yol verməmişəm. Ancaq bununla belə məni qanunsuz olaraq işdən çıxarırlar.  Şirkət rəhbərliyi sizin  pandemiya dövründə işçilərin işdən çıxarılmaması ilə bağlı göstərişinizə  əməl etmir. İşçilərdən güya ki, öz ərizələri ilə işdən çıxmaları barədə saxta sənədə qol çəkdirirlər. Mənə də saxta sənədə imza tamağı təklif etdilər, ancaq mən həmin saxta sənədə imza atmadım. Bundan sonra məni işdən çıxmarmaq üçün özlərindən müxtəlif bəhanələr uydurmağa başladılar. Son bir neçə ay məni qeyri-qanuni olaraq sürücünü əvəz etməyə məcbur etdilər və mən sürücünü əvəz etdiyim ayların maaşını hələ də ala bilmirəm.

Cənab Prezident!

OYAL”-da çalışan insanlara verilən “yemək pulu” və  əmək haqları iki mərhələli şəkildə – karta köçürmə və “paket maaş” şəklində ödənilir. “Yemək pullu” və maşların cüzi bir hissəsi maaş kartlarına köçürülsə də, qalan böyük məbləğ  qeyri leqal maaş sistemi olan “paket” şəklində əldən-ələ verilir. Bu da hər ay yüz minlərlə vəsaitin vergidən yayınması deməkdir.  Şirkətdə baş verən vergi cinayətinə görə, şirkətin işçiləri pensiyaya çıxanda  ancaq karta köçən cüzi maaşla çıxacağıq, halbu ki, hər ay bizə maaş kartından başqa əldən-ələ bir neçə yüz manat maaş verilir.

Cənab Prezident!

“Paket maaş” hansı pullar hesabına ödənilir? Şirkətdə “kölgə iqtisadiyyatı”  var. Dəfələrlə yüksək çinli məmurlar tərəfindən Azərbaycanda qeyri-leqal olan  “paket maaş” sisteminin ləğv edldiyi bildirilsə də, “kölgə iqtisadiyyatı” hələ də özünün gücünü qorumaqda davam edir. Bu da dövlətimizin büdcəsinə ciddi zərər vurur. Sizdən artıq dərəcədə xahiş edirəm ki,  “OYAL” adlanan, “İnci” şirkətində baş verən bu korrupsiya və qanunsuzluqları şəxsən nəzarətinizə götürəsiniz.

Facebook Comments