Xocalı qatili silahdaşlarıyla Azərbaycanı gəzdi – Yenə həbs edə bilmədik…

Xəbər verildiyi kimi, iyulun 21-dən “en”-ci dəfə Azərbaycan Respublikasının dövlət sərhəddini pozaraq işğal altındakı torpaqlarımıza gələn Ermənistanın 3-cü terrorçu prezidenti Serjik Sərkisyan anası ilə görüşdükdən sonra Qarabağın görməli yerlərini gəzməyə başlayıb.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, dünən –iyulun 24-də S.Sərkisyan Xocavənd rayonunun işğal altındakı Sos kəndində yerləşən Azərbaycan türklərinin qədim xristianlıq dövrünə aid Amaras məbədini ziyarət edib.

Ziyarət zamanı terrorçu eks-prezidenti Qarabağın keşişi Parqev Martirosyanla birgə silahdaşlar: separatçı rejimin keçmiş rəhbəri Bako Saakyan, sabiq “müdafiə naziri” Levon Mnatsakanyan və digərləri müşayiət ediblər.

Serjik “Facebook” səhifəsində xatırladıb ki, 1990-cı illərdəki müharibə dövründə ermənilər döyüşə yollanarkən Amaras məbədinə gəlib xeyir-dua alırmışlar. O, özünün o illərdə bu məbədi ziyarət etməsinin görüntüləndiyi videonu da paylaşıb.

Sözardı: İşğalçı ölkənin terrorçu eks-prezidenti, Xocalı qatili Serjik Sərkisyan yenə torpaqlarımıza gəlib istədiyi məkanı sərbəst gəzdi, amma biz yenə də onu həbs edə bilmədik…

Facebook Comments