Haftarın sülh çağırışı əslində hücum planıdır – Qalın

Liviyada Haftar nə zaman sülh çağırışı etsə, bu, həmişə növbəti hücuma hazırlıq dövrü olaraq ortaya çıxdı.

Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Beləliklə, haqlı şəkildə Sərrac tərəfində bir inamsızlıq yaranır. Türkiyə olaraq BMT və Berlin konfransı prinsipləri əsasında siyasi prosesin irəliləyişi üçün Liviya hökumətinə dəstək verəcəyik. Öncə digər ölkələr BMT-nin tanıdığı hökumətlə münasibət yaratmalıdır. Yaxın zamana kimi bu ölkələrdən bəziləri, hətta ABŞ da Sərrac hökuməti ilə əlaqə yaratmırdı. Türkiyənin müdaxiləsi və dəstəyindən sonra gedişat dəyişməyə başladı”, – PA rəsmisi bildirib.

İ.Qalın xatırladıb ki, əgər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya müdaxilə etməsəydi, ölkədə böhran daha da dərinləşəcəkdi:

“Çoxlu sayda insan ölümü baş verəcəkdi. Liviyanın parçalanması bəlkə də qaçılmaz olacaqdı”.

Facebook Comments