Türk ordusundan zərbə: kritik bölgə azad edildi

Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qaplan” əməliyyatı çərçivəsində PKK-ya daha bir zərbə vurub.

Sozcu.az xəbər verir ki, əməliyyatlar çərçivəsində PKK-nın “xüsusi təyinatlılarının düşərgəsi” sayılan Mervanis bölgəsi terrorçulardan təmizlənib.

Məlumata görə, Mervanis PKK-nın ən kritik bölgəsi sayılır.

Türk PUA-ları və “Atak” hücum helikopterləri tərəfindən düşərgənin atəşə tutulmasından sonra terrorçular ərazidən uzaqlaşıb.

Bundan başqa, 700 komando da bölgəyə göndərilib.

Facebook Comments