Azərbaycanda ailə faciəsi – Ata öldü, qızı isə…

Mayın 21-də saat 12 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib. Tibbi müdaxiləyə baxmayaraq F.Əsədov orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Facebook Comments