Buraxılış imtahanlarında güzəşt olacaq? – Rəsmi

11-ci sinif buraxılış imtahanlarında güzəşt olunması ilə bağlı qaydalar hələlik təsdiq olunmayıb.

Sozcu.az xəbər verir ki, Bunu Axar.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, bu barədə qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, təhsil eksperti Elçin Əfəndi 11-ci sinif buraxılış imtahanlarında şagirdlərə güzəşt edilərək, açıq tipli sualların azaldılacağı ilə bağlı məlumat yayıb.

Facebook Comments