Dünyadakı milyonlarla müsəlmana Müqəddəs Ramazan ayının başlaması münasibətilə ən səmimi arzularımı çatdırıram.
Sozcu.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş dünya müsəlmanlarının Ramazan bayramını təbrik edərkən deyib.
O bildirib ki, bu dəfə Ramazan bayramı çox fərqli keçəcək:
“Yeni tip koronavirusa qarşı görülən tədbirlər bir çox kollektiv fəaliyyətlərə təsir edəcək. Eyni zamanda, xeyli insan Ramazan ayına müharibələrin kölgəsində girəcək”.
Qurani-Kərimdən sülh ayələrini xatırladan Quterreş beynəlxalq aləmə atəşkəs çağırışı edib:
“Bəşəriyyətin ümumi düşməni olan virusa qarşı mübarizə aparmağımız vacibdir”.
Facebook Comments