Ən böyük böhranla üz-üzəyik – Yaponiya

Dünya iqtisadiyyatı koronavirusa görə II Dünya Müharibəsindən bu yana ən güclü böhranla üz-üzədir.

Sozcu.az xəbər verir ki, bunu Yaponiya Xarici İşlər naziri Tosimitsu Moteqi deyib.

“Beynəlxalq iqtisadiyyata, eləcə də Yaponiya iqtisadiyyatına təsir həddən artıq ciddidir. Dünya iqtisadiyyatı müharibə dövründən bu yana ən ciddi böhranla üz-üzədir”, – deyə o bildirib.

Facebook Comments