“Karantin rejimi ilə bağlı avtomobillərə cərimə yazıla bilməz”

“Karantin rejimi ilə bağlı avtomobillərə cərimə yazıla bilməz, rejim insanlara aiddir, ona görə də maşınlara elektron prokotol, ya da yol polisə tərəfindən hər hansı bir formada cərimə yazılması qanuna ziddir”.

Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, elektron protokol söhbəti isə heç ola bilməz: “Karantin zamanı rəsmi iş icazəsi, sms-lə icazə alıb bayıra çıxan insanlar öz maşınlarını sürə bilərlər. Polis avtomobili saxlayıb sənədləri və icazəni yoxladıqdan sonra pozuntu olsa ancaq o zaman vətəndaşa cərimə yaza bilər. Cərimə isə ancaq şəxsiyyət vəsiqəsinə uyğun yazılmalıdır, sürücülük vəsiqəsinə, maşın sahibinə cərimə yazıla bilməz. Ümumiyyətlə, cərimənin məqsədi və fəlsəfəsi büdcəyə pul yığmaq deyil də, sosial məsafəni qorumaq, virusun yayılmasının qarşısını almaqdır – bu sadə həqiqəti isə həm vətəndaşlar, həm rəsmi orqanlar anlamalıdırlar…”

Facebook Comments